"Sülh layihəsinin 15 maddəsi razılaşdırılıb, 2-si qalıb
"Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddə və preambuladan ibarətdir. Preambula və 15 maddə üzrə, demək olar, mətnlər tam razılaşdırılıb. Qalan 2 maddə üzrə açıq qalan suallarla bağlı işlər davam edir".
azxeber.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, artıq bir neçə raund danışıqlar olub və mətn mübadilələri həyata keçirilib:
"Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. Postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını, mətn üzrə mübadilələri davam etdiriblər. Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində danışıqlar davam etdirilib. Eyni zamanda sülh müqaviləsi üzrə də çoxsaylı görüşlər həyata keçirilib, həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Burada da açıq suallar qalmasına baxmayaraq, bəlli irəliləyişlər əldə olunub".
C.Bayramov qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var:
"Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi