Sumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLAR

Sumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərin 75 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə "Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır" mövzusunda tədbir keçirilib.
KONKRET.az-ın məlumatına görə, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ulu öndərin Azərbaycan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə dair videoçarx nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və tibb müəssisələrinin kollektivlərinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov qeyd edib ki, xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən Ulu Öndərin amallarına sadiq olan müasir Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə bugün həyata keçirilən Dövlət Proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin profilaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən işlər nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Qeyd olunub ki, Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları reallığa çevrilir.
Digər çıxış edənlər – STM-nin Perinatal Mərkəzinin rəhbəri, "Əməkdar həkim" Təranə Rəcəbli, Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Famil Qaflanov və 2 nömrəli Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva və Heydər Əliyevin siyasətinin ötən 21 il ərzində Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıblar. Vurğulayıblar ki, bu siyasətin ən böyük uğurlarından biri səhiyyənin keçdiyi sürətli inkişaf yoludur. Bugün Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır.
Daha sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Şəhid övladlardan ibarət xor kollektivinin çıxışı izləyiciləri qürurlandırıb. Balaca fidanlara hədiyyələr, xor kollektivinin rəhbəri Həcər Əkbərova təşəkkürnamə təqdim olunub.
Sumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLARSumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan tədbir keçirildi - FOTOLAR

Sağlamlıq       Tarix: 17 may 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün son xəbərlər azərbaycanda ən son xəbərlər ən son xəbərlər bugün