Süni intellektin yaradıcısından gözlənilməz qərar və qorxuducu açıqlama

Süni intellektin yaradıcısından gözlənilməz qərar və qorxuducu açıqlamaSüni intellektin yaradıcısından gözlənilməz qərar və qorxuducu açıqlama
"Süni intellektin xaç atası" adlandırılan kompüter alimi Ceffri Hinton bu ilin aprelində "Google"un vitse-prezidenti vəzifəsini tərk edib.
O, bəşəriyyəti süni intellektin təhlükələri barədə xəbərdar etmək üçün bu addımı atdığını açıqlayıb.
Hinton əmindir ki, generativ süni intellekt və ChatGPT kimi çat-botların daha da nəzarətsiz inkişafı iş yerlərinin itirilməsinə, eləcə də dezinformasiyanın geniş yayılmasına səbəb olacaq.
Bundan əlavə, "Google"un digər texnologiya nəhəngləri ilə rəqabət aparmaq üçün süni intellektlə bağlı əvvəlki məhdudiyyətlərdən imtina etməsi alimi narazı salıb.
Hinton deyir ki, onun süni intellektlə bağlı mövqeyi keçən il "Google", "OpenAI" və digər şirkətlər insan intellektini üstələyə biləcək proqramlar qurmağa başlayandan sonra dəyişməyə başlayıb. Son beş ildə süni intellekt o qədər sürətlə inkişaf edib ki, alim növbəti beş ildə baş verə biləcəklərdən qorxduğunu etiraf edib.
Hintonun bəyanatından sonra "Google"un sözçüsü bildirib ki, korporasiya hələ də süni intellektə məsuliyyətli yanaşmaya sadiqdir və bütün ortaya çıxan riskləri izləyir.
Xatırladaq ki, bir müddət öncə ChatGPT kimi çat-botların gizli təhlükəsi açıqlanıb. Martın sonunda sahibkar İlon Mask da daxil olmaqla, süni intellekt sahəsində mindən çox mütəxəssis neyron şəbəkəsi üzrə təlimlərin dayandırılmasına çağırıb. "Twitter"in sahibi, həmçinin ABŞ-də süni intellektə nəzarət edən agentliyin yaradılmasını təklif edib. / oxu.az

Maraqlı       Tarix: 03 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bu gun bugunun xeberleri son xeberler az