Super bakteriyalar milyonlarla insanı məhv edəcək: Yeni ARAŞDIRMA

Super bakteriyalar milyonlarla insanı məhv edəcək: Yeni ARAŞDIRMAMRSA və E.Coli kimi dərmana davamlı infeksiyaların səbəb olduğu ölümlərin sayı yaxın gələcəkdə artacaq. Qarşıdakı 25 il ərzində 39 milyondan çox insan antimikroblara davamlı infeksiyalardan öləcək.
KONKRET.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti Britaniya hökumətinin maliyyələşdirdiyi yeni araşdırmaya istinadən yazır.
Bildirilir ki, bu gün mikroblara qarşı müqavimət (antibiotik müqaviməti – AMR) hər il 1,14 milyon insanın ölümünə səbəb olur ki, bu da HİV/AİDS və malyariyadan ölənlərin ümumi sayından çoxdur.
"Tibbdə və kənd təsərrüfatında antibiotiklərin həddən artıq istifadəsi və sui-istifadəsi ilə əlaqədar olaraq, "super bakteriyaların" eksponensial artımı müasir təbabəti təhdid edir. Təkcə İngiltərədə 2022-ci ildə 58 224 nəfər antibiotikə davamlı infeksiyaya yoluxub ki, bu da əvvəlki ilə müqayisədə 4 faiz artım deməkdir", – nəşr yazır.
Beləliklə, ümumi infeksiyalar sağalmaz hala gəlir və qeysəriyyə, omba dəyişdirmə, orqan transplantasiyası və kimyaterapiya kimi sadə əməliyyatlar və prosedurlar daha riskli olur.
E.Coli və C.diff sətəlcəminin təhlükəli ştammları da daxil olmaqla, dərmana davamlı "super bakteriyalardan" ölənlərin sayı ən çox Şimali Amerikada, Afrikanın qərbində, Latın Amerikasında, Cənubi və Cənub-Şərqi Asiyada artıb.
Mütəxəssislər qeyd edirlər ki, 2050-ci ilə qədər antibiotiklərə qarşı müqavimətdən ölənlərin sayının demək olar ki, iki dəfə artacağı gözlənilsə də, bu, yalnız super bakteriya sağlam insanı öldürən "birbaşa" ölümlərə aiddir.
Qəzet yazır: "Proqnozlaşdırılan əlaqəli ölümlərin sayı daha çoxdur – ildə ən azı 8,22 milyon ölüm. Belə ölümlərdən ən çox risk altında olan qruplar yaşlılar və immun sistemi zəifləmiş digər insanlardır".
Antibiotiklərlə bağlı əsas problemlərdən biri yeni dərmanların kəşfinin ləng olmasıdır. Əczaçılıq şirkətlərinin onların inkişafına sərmayə qoymağa həvəsi yoxdur, çünki yeni antibiotiklər, tərifinə görə, mənfəəti ciddi şəkildə məhdudlaşdıran son çarə kimi istifadə olunacaq.
Yaxşı xəbər odur ki, 1990-cı ildən bəri beş yaşından kiçik uşaqlarda antibiotik müqavimətinə görə ölümlər 50 faiz azalıb və araşdırmaya görə azalmağa davam edəcək. Tədqiqatçılar azalmanı körpələr və uşaqlar arasında geniş yayılmış peyvənd proqramları kimi ötürülmə və nəzarət tədbirlərində "əhəmiyyətli irəliləyişlər"lə əlaqələndirdilər.//Lent.az

Sağlamlıq       Tarix: 25 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə


son xeberler yeni xeberler azerbaycan xeberleri xabarlar qarabag az xeber son xeberler 2026