Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda diqqətli olun! - VİDEO
Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yolun ortasında olan işıq dirəklərindən biri qəzalı vəziyyətə düşüb. Hər an aşma təhlükəsi olan bu işıq dirəyi sürücülər üçün təhlükəli vəziyyət yaradır. Problemə aidiyyəti dövlət qurumu da münasibət bildirib.
Azxeber.com xəbər verir ki, çox sayda avtomobilin hərəkət etdiyi yolun düz ortasında işıq dirəyi sürücülərə təhlükəli vəziyyət yaradır.
Bu işıq dirəyinin aşma təhlükəsi olduğundan sürücü və piyadalar yoldan ehtiyatla keçirlər. Problem paytaxtın Nizami rayonu ərazisində, Qara Qarayev prospektində yaşanır.
Sürücülər deyirlər ki, problem qısa vaxt ərzində həll edilməzsə və qəfil külək əsərsə, işıq dirəyi yoldan keçən avtomobillərin üzərinə düşə bilər.
Məsələ ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik şəbəkə müəssisəsindən Xəzər Xəbərə bildirildi ki, həmin ərazidə olan işıq dirəyi ötən gün gecə saatlarında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yararsız hala düşüb. Hadisə avtonəqliyyat vasitəsinin yol hərəkət qaydalarını pozaraq qəza törətməsi nəticəsində baş verib. Həmin problem qısa zaman ərazində aradan qaldırılacaq.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR