Şuşalı oğlan Dünya Alimlər Kubokundan 12 qızıl, dörd gümüş medal və xeyli alpaka qazanıb - FOTO
Şuşalı oğlan Dünya Alimlər Kubokundan 12 qızıl, dörd gümüş medal və xeyli alpaka qazanıb - FOTO
Həmyerlimiz, Avropa Azərbaycan Məktəbinin 10-cu sinif şagirdi Murad Kərimli "World Scholars Cup" (Dünya Alimlər Kuboku) çempionatının regional raundunda 12 qızıl, dörd gümüş medal qazanaraq növbəti mərhələyə keçib və xarici ölkələrdə qlobal raundlarda iştirak şansı əldə edib.
Oxu.Az-ın məlumatına görə, Murad 4 may 2008-ci ildə Bakı şəhərində anadan olub. Qaradağ rayonunda yaşayır, Şuşa şəhərindən məcburi köçkündür.
O, 2022, 2023 və 2024-cü il olmaqla artıq üçüncü dəfədir ki, çempionata qoşulur. 2022-ci ildə bir medal, 2023-cü ildə yeddi medal, bir kubok, 2024-cü ildə isə 16 medal qazanıb. Hədiyyə olaraq aldığı alpaka oyuncaqları isə Dünya Alimlər Kubokunun rəsmi simvolu hesab edilir.
Qeyd edək ki, Dünya Alimlər Kuboku - hər il dünyanın 65 ölkəsindən 15 000-dən çox tələbənin qatıldığı, beynəlxalq akademik proqramdır.
Müsabiqə "DemiDec" prezidenti Daniel Berdiçevski tərəfindən 2006-cı ildə təsis edilib.
Əzizə İsmayılova

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR