Şuşanın sədası, Ağ Evin əks-sədası
Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyildi. Forum göstərirdi ki, Azərbaycan artıq qlobal məsələlər haqqında təkcə danışan deyil, həmin beynəlxalq müzakirələrin keçirildiyi platformaları həm də formalaşdırmağı bacaran ölkədir. Təbii ki, forumun diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevə ünvanlanan səmimi suallar və elə o cür səmimi də alınan cavablar oldu.
Bu, tədbiri formal çıxışlar meydanından daha çox canlı siyasi dialoq və səmimi ünsiyyət platformasına çevirirdi və digər platformalardan da fərqləndirirdi. Məhz buna görə Şuşadan verilən mesajlar təkcə zalda qalmadı, dünya mediasına çıxdı, ciddi rezonans doğurdu və geniş müzakirə olundu. Beynəlxalq reaksiyalar da bunu təsdiqləyirdi. Dünyanın müxtəlif media platformalarında forumun işıqlandırılması, hətta ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin fikirlərindən sitat paylaşması göstərirdi ki, Şuşada səslənən mesajlar beynəlxalq informasiya məkanında diqqətdən kənarda qalmadı və okeanın o tayınadək, düz Ağ Evə qədər gedib çatdı.
Bu, forumun ən mühüm nəticələrindən biri idi: Şuşa beynəlxalq informasiya gündəminə daxil oldu və əks-sədası dünyanın bir nömrəli ofisindən – Ağ Evdən gəldi. Bütün bunlar təsadüfən olmadı, çünki Azərbaycan yalnız regional aktor deyil, qlobal proseslər barədə baxışı olan, beynəlxalq münasibətlərə və yeni dünya düzəninə dair modern mövqeli bir ölkədir. Ölkənin müasir siyasi baxışlarının və qlobal idarəçilik haqqında təsəvvürlərinin, mesajlarının beynəlxalq auditoriyaya çatdırılması əsas hədəflərdən idi və forum da öz məqsədlərinə çatdı.
Əks-sədası Ağ Evdən gələn Şuşa Forumunun nəticələri kimləri narahat edir?
Lakin beynəlxalq siyasətdə hər ciddi mesajın bir əks reaksiyası da olur. Şuşa Forumunun yaratdığı rezonansa da bəzi dairələr öz narahatlığını gizlədə bilmədi. Forum başa çatan kimi Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı qərəzli çıxışlar kampaniyasının başlanması isə heç də təsadüfi görünmürdü. Bu reaksiyalar, əslində, Şuşadan verilən mesajların müəyyən güc mərkəzlərində diqqətlə izlənildiyini və onların heç də hamısı tərəfindən rahat qarşılanmadığını göstərirdi.
Bizi Instagramda izləyin / konkret.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK