Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşanın sədası, Ağ Evin əks-sədasıŞuşada keçirilən IV Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyildi. Forum göstərirdi ki, Azərbaycan artıq qlobal məsələlər haqqında təkcə danışan deyil, həmin beynəlxalq müzakirələrin keçirildiyi platformaları həm də formalaşdırmağı bacaran ölkədir. Təbii ki, forumun diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevə ünvanlanan səmimi suallar və elə o cür səmimi də alınan cavablar oldu.
Şuşanın sədası, Ağ Evin əks-sədasıBu, tədbiri formal çıxışlar meydanından daha çox canlı siyasi dialoq və səmimi ünsiyyət platformasına çevirirdi və digər platformalardan da fərqləndirirdi. Məhz buna görə Şuşadan verilən mesajlar təkcə zalda qalmadı, dünya mediasına çıxdı, ciddi rezonans doğurdu və geniş müzakirə olundu. Beynəlxalq reaksiyalar da bunu təsdiqləyirdi. Dünyanın müxtəlif media platformalarında forumun işıqlandırılması, hətta ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin fikirlərindən sitat paylaşması göstərirdi ki, Şuşada səslənən mesajlar beynəlxalq informasiya məkanında diqqətdən kənarda qalmadı və okeanın o tayınadək, düz Ağ Evə qədər gedib çatdı.
Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyildi. Forum göstərirdi ki, Azərbaycan artıq qlobal məsələlər haqqında təkcə danışan deyil, həmin beynəlxalq müzakirələrin keçirildiyi platformaları həm də formalaşdırmağı bacaran ölkədir. Təbii ki, forumun diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevə ünvanlanan səmimi suallar və elə o cür səmimi də alınan cavablar oldu.
Bu, tədbiri formal çıxışlar meydanından daha çox canlı siyasi dialoq və səmimi ünsiyyət platformasına çevirirdi və digər platformalardan da fərqləndirirdi. Məhz buna görə Şuşadan verilən mesajlar təkcə zalda qalmadı, dünya mediasına çıxdı, ciddi rezonans doğurdu və geniş müzakirə olundu. Beynəlxalq reaksiyalar da bunu təsdiqləyirdi. Dünyanın müxtəlif media platformalarında forumun işıqlandırılması, hətta ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin fikirlərindən sitat paylaşması göstərirdi ki, Şuşada səslənən mesajlar beynəlxalq informasiya məkanında diqqətdən kənarda qalmadı və okeanın o tayınadək, düz Ağ Evə qədər gedib çatdı.
Təəssüf doğuran məqamlardan biri də ölkə daxilində bəzi marginal qrupların və müxtəlif təsir mərkəzlərinə bağlı çevrələrin forumun nəticələrini kölgələməyə çalışması idi. Sosial şəbəkələrdə, şəxsi hesablarda fərqli fikir bildirmək başqa, ölkənin beynəlxalq uğurunu gözdən salmağa cəhd etmək isə tamam başqa məsələdir. Azərbaycan beynəlxalq diqqətin mərkəzinə düşərkən, bu uğurun dəyərini kiçiltməyə hesablanmış cəhdlər nə qədər səs-küylü olsa da, reallığı dəyişə bilmədi.
Çünki, Şuşanın özü də bu mənada ən güclü simvoldur. Bu şəhər tarix boyu daha ağır sınaqlardan keçib, daha sərt hücumlar görüb, ona nə qədər daşlar atılıb.  Amma hər dəfə ayaqda qalmağı bacarıb. Çünki Şuşa sadəcə şəhər deyil, qala şəhəridir. Qala isə yalnız daş divarlarla deyil, iradə, güc və dözümlə möhkəm olur. Bəlkə də Şuşa Forumunun ən böyük nəticəsi elə budur: bu şəhər artıq təkcə tarixi yaddaşın deyil, həm də Azərbaycanın dünyaya verdiyi siyasi, informasiya və ideoloji mesajların ünvanına çevrilir. Belə platformalar ətrafında yaranan müzakirələr, qərəzli tənqidlər, açıq hücumlar, onu ləkələmək cəhdləri isə istər ölkə daxilindən olsun, istər kənardan  bu  ali həqiqəti dəyişə bilməz:  çünki Şuşa danışanda onu təkcə region deyil, artıq bütün dünya eşidir. Dumanlı Şuşadan düz Ağ Evə kimi!
 
Əli Vəliyev
Manset.az xəbər portalının baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 17 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər ən son xəbərlər cəbhədən görüntüleri