Tahir Mirkişili: Dövlət büdcəsini gəlirləri 15.5 faiz artıb

Tahir Mirkişili: Dövlət büdcəsini gəlirləri 15.5 faiz artıb2020-ci ilin 6 ayının sosial-iqtisadi göstəriciləri artıq məlumdur və açıqlanan statistik rəqəmlər üzərindən müəyyən təhlillərin aparılması zəruridir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O qeyd edib ki, böhranlar dövründə vacib olan kəmiyyət deyil, keyfiyyət dəyişiklikləridir: "Böhran zamanı iqtisadi rəqəmlərin azalması heç kəsdə təəccüb doğurmur və hətta gözləniləndir. Statistik rəqəmlərə görə bu ilin 6 ayının nəticələrinə əsasən, ölkədə ÜDM 2.7%, qeyri-neft ÜDM-i 2.5%, əsas kapitala yönəlmiş vəsait 2.7%, yük daşımalar 14.1%, sərnişindaşıma 28.7%, əhalinin banklardakı əmanəti 11.2%, xarici ticarət dövriyyəsi 30% azalıb.
Lakin kənd təsərrüfatı istehsalı 2.2%, qeyri-neft sənayesi 11.2%, informasiya və rabitə xidmtələri 4.4%, dövlət büdcəsini gəlirləri 15.5%, əhalinin nominal gəlirlər 0.6%, kredit qoyuluşları 11.9% artıb.
Bunlar kəmiyyət göstəriciləridir. İndi isə keyfiyyət göstəricilərinə fikir verək. Ümumi iqtisadi azalma fonunda əsas istehsal sahələrində artımın davam etməsi müsbət haldır. Belə ki, qeyri-neft sənayesi və kənd təssərrüfatında artım dinamıkasının saxlanması istehsal, məşğulluq və iqtisadi təhlükəsizlik baxımından mühüm göstəricidir. Eyni zamanda, kənd təsərrüfatında məhsuldarlığın artması, yeni metodların özünü müsbət tərəfdən göstərməsi mühüm keyfiyyət göstəricisidir".
Tahir Mirkişili: Dövlət büdcəsini gəlirləri 15.5 faiz artıbMillət vəkili bildirib ki, digər mühüm bir keyfiyyət göstərici şəffaflaşma prossesinin getməsidir: "Elektron qaimə ilə aparılan dövriyyənin artımı iqtisadiyyatda şəffaflaşmanın əsas göstəricilərindən biridir. Belə ki, son 5 ayda elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcminin 6.8% artması bu sahədə mühüm göstəricidir. Nəzərə alsaq ki, bu artım qeyri-neft ÜDM-nin 2.5% azalması fonunda baş verib, onda prosesin dinamikliyi daha aydın görünür. Pərakəndə ticarət dövriyyəsinin 1.7% azalmasına baxmayaraq, rəsmiləşən dövriyyənin 15.3% artması iqtisadaiyyatın ağarması yönümündə əsas keyfiyyət göstəcilərindən biri hesab edilməlidir.
1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2% artması bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm bir keyfiyyət göstəricisidir.
Əməkhaqqı fondunun 25% artması insanların sosial həyat şəraitinin yaxşılaşması baxımından əsas keyfiyyət göstəricilərindən biridir.
Biznes kreditlərinin 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artması iqtisadi aktivliyin dəstəklənməsi baxımından mühüm gəstəricidir. Kreditlərin 60%-dən çox hissəsinin biznes kreditlərinə yönəlməsi gələcək iqtisadi artımı təmin edəcək mühüm amillərdən biridir".
Komitə sədri qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatların 37 faiz, elektron ticarətin 53 faiz, internet bankçılığın isə 84 faiz artması ödəmə texnologiyalarının geniş tətbiqinin mühüm keyfiyyət göstəricisidir: "Beləliklə, keyfiyyət göstəricilərinin iqtisadiyyatın əsas hərəkətverici sahələrdə müşahidə olunması onu deməyə əsas verir ki, ümumi azalmalar fonunda sağlam keyfiyyət dəyişikləri iqtisadiyyatın azalmalarını kompensasiya edərək, gələcəkdə daha güclü artımın əsas dayaqları ola biləcəkdir".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 22 iyul 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat