Talıbovları çətin suallar gözləyir - "baş kassir"in bildiyi sirlər

Talıbovları çətin suallar gözləyir - Naxçıvanın keçmiş maliyyə naziri, 144 milyon manatlıq yeyintidə ittiham olunan Rəfael Əliyevin məhkəməsi başlayanda mediada bu proseslə bağlı "böyük başların" hədəfdə olduğu barədə yazılmışdı.
"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov demişdi ki, Rəfael Əliyevin özbaşına 144 milyon manatı mənimsəməsi mümkünsüzdür:
"Rəfael Əliyev vəzifədə olduğu müddətdə Naxçıvan rəhbərliyində təmsil olunan, ona nəzarət etməli olan şəxslər də onun suç ortağıdır və onunla müttəhimlər kürsüsünü bölüşməlidirlər. Nazir oğurlayıb, bundan Vasif Talıbovun xəbəri olmayıb? Naxçıvan elə bir yerdir ki, orada kimin neçə toyuğu varsa, o da bilinir".
Son prosesdə Rəfael Əliyev deyib ki, ayrı-ayrı dövlət orqanlarında qiymətlərin şişirdilməsi, bu yolla büdcə vəsaitlərinin yeyilməsi hallarını üzə çıxarıb. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovu bilgiləndirib. Seymur Talıbov problemin çözüm yolunu o qurumların hər birindən mənimsənilən məbləğin 10 faizini almaqda görüb. Təqsirləndirilən Rəfael Əliyev deyib ki, bu göstərişə əməl edib.
Qeyd edək ki, sabiq maliyyə naziri ilə yanaşı Naxçıvan Dövlət Gömrük Komitəsinin Tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi araşdırılır. Onlar Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğlu, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhhət Həbibbəyliyə hər ay pul verdiyini deyiblər. Seymur Talıbovu nə gözləyir? Nazir oğurlayıb, bundan Vasif Talıbovun xəbəri olmayıb?
Tanınmış vəkil Əkrəm Həsənov "Yeni Müsavat"a deyib ki, rəhbər şəxsin baş verənlərdən xəbərsiz olması mümkün deyil: "Naxçıvan "bir əldən" idarə olunurdu, kimsənin cürəti çatmazdı ki, özbaşına 1 manatı götürsün.
Məsələnin hüquqi tərəfinə görə hər kəsin günahı sübut olunmalıdır. Sübut isə belədir ki, onun sənədlərdə imzası olmalıdır, razılıqlar verilib. Aydın məsələdir ki, belə sübutları əldə etmək asan məsələ deyil. Digər tərəfdən isə Vasif Talıbov o qədər savadsızdır ki, ola bilsin belə sübutlar da var. Adətən savadlı insan cinayət edəndə iz buraxmır. Azərbaycan xalqının bəxti onda gətirib ki, məmurlarının mütləq əksəriyyəti savadsızdır. Onların qanunsuzluqları o qədər üzdə olur ki, ən səthi araşdırmalarla sübut etmək olur. Məhkəmədə verilən şahid ifadəsi də araşdırmalar üçün əsas ola bilər".
(Yeni Musavat) / konkret.az

Siyasi       Tarix: 20 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabar xeber xabarlar sonxəbərlər