"Tanış olanda ​mələk idi, evləndikdən sonra psixopat oldu": Sevgilinizi əvvəldən tanıya bilərsinizmi? - FOTO

"Tanış olanda ​mələk idi, evləndikdən sonra psixopat oldu": Sevgilinizi əvvəldən tanıya bilərsinizmi? - FOTO
"Biz tanış olanda ​​bu adam mələk kimi idi. Evləndikdən sonra onun psixopat olduğu ortaya çıxdı. Sən demə, xəstəlik kağızı da var imiş, heç fərqinə varmamışam. Artıq iş işdən keçib, dünyam başıma yıxıldı, nə edəcəyəm?"
İki qadın arasında tez-tez eşidilə bilən bu tərz söhbətlərə bütün dünyada rast gəlinir. Buna görə də bir çox dramatik hadisələr baş verir.
Alimlərin fikrincə, tanış olduğunuz insanın psixopat olub-olmadığını başa düşməyin çox sadə yolu var. Sevgilinizin əsl üzünü görmək istəyirsinizsə, barmaqlarına baxın.
Mütəxəssislər hesab edirlər ki, insanın adsız barmağı şəhadət barmağından uzundursa, onun psixopat olma ehtimalı yüksəkdir.
Kanadanın "Centre de Recherche Charles-Le Moyne" adlı tədqiqat qurumunun təhlillərinə əsasən, psixopatlıqdan xəbər verən bioloji əlamətlər var. Adsız barmağın şəhadət barmağından uzun olması da psixopatlığın bioloji mənşəli olmasının göstəricisi hesab olunur. Alimlər müəyyən ediblər ki, 2D:4D nisbətinin (adsız və şəhadət barmağı arasındakı nisbət) aşağı olması psixopatiya, narkotik maddə asılılığı və antisosial davranışlarla əlaqəlidir. Aparılan tədqiqat zamanı narkotik maddə asılılığı və şəxsiyyət pozğunluğu olan insanlarla sağlam insanların barmaqları araşdırılıb və bu nəticəyə gəlinib (elm psixopatlığı şəxsiyyət pozğunluğu kimi xarakterizə edir).
Lakin mütəxəssislər, həmçinin xəbərdarlıq ediblər ki, adsız barmağı şəhadət barmağından uzun olan hər kəs psixopat deyil. Bu istiqamətdə başqa tədqiqatlar da tələb olunur. Çünki barmaq uzunluğuna dölün ana bətnində məruz qaldığı testosteron və estrogen hormonlarının miqdarı təsir edir. Testosteron səviyyəsi yüksək olan kişilərin adsız barmaqları daha uzun ola bilər. "Məlum oldu ki, araşdırmamızda iştirak edən insanlarda psixopatlıq simptomları nə qədər çox olarsa, ana bətnində olarkən bir o qədər çox testosterona və daha az estrogenə məruz qalıblar", - deyə alimlər qeyd ediblər.
Mənbə: Milliyet.com.tr / oxu.az

Maraqlı       Tarix: 19 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər siyaseti xeberler bugun sonxəbər az xeber