Tarkan Elon Maskın 1,7 milyard dollarlıq təklifini rədd etdi
Elon Musk "Cybertruck" üçün qlobal rezonans doğuran tanıtım kampaniyası üçün Tarkana təklif irəli sürüb.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, təklifin təfərrüatlarına görə, Tarkanın tanıtım filmlərində rol alması, avtomobili dünya turlarında tanıtması və sosial media vasitəsilə dəstək verməsi planlaşdırılırdı.
Lakin məşhur sənətçi heç kimin gözləmədiyi səbəbdən bu nəhəng təklifi rədd edib.
Tarkana yaxın mənbələrdən əldə edilən məlumata görə, sənətçinin qərarını maliyyə fikir ayrılıqları və ya sıx iş qrafiki deyil, Teslanın istehsal proseslərinin ətraf mühitə mənfi təsirləri formalaşdırıb.
Xüsusilə, elektrikli avtomobillərin akkumulyatorlarında istifadə edilən litium və kobalt kimi mineralların hasilatı zamanı ətraf mühitin məhv edilməsi və insan hüquqlarının pozulması Tarkanın qərarında həlledici rol oynayıb.
Sənətçinin yaxın ətrafı Tarkanın təklifə "Pul hər şey deyil. Gələcək nəsillərə təmiz dünya buraxmaq mənim üçün hər cür maddi qazancdan daha vacibdir" deyə cavab verdiyini bildirib.
Bu qərarı ilə ictimai həssaslığını bir daha nümayiş etdirən Tarkan musiqisi olduğu kimi duruşu ilə də nümunə olub.
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür