TƏBİB-in səlahiyyətləri artırılır: Səhiyyə Nazirliyin gələcəyi necə olacaq?

TƏBİB-in səlahiyyətləri artırılır: Səhiyyə Nazirliyin gələcəyi necə olacaq? TƏBİB-in səlahiyyətləri artırılır: Səhiyyə Nazirliyin gələcəyi necə olacaq?
Səhiyyə Nazirliyinin bir çox səlahiyyətləri Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə verilir.
Bununla bağlı bir sıra qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur.
TƏBİB Prezident İlham Əliyevin 2018-ci il 20 dekabr tarixli fərmanına əsasən yaradılıb.
TƏBİB yaradıldıqdan sonra Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox qurum TƏBİB-in nəzarətinəkeçib.
İndi isə bir sıra qanunlara təklif olunan dəyişikliklərlə Səhiyyə Nazirliyinin fəaliyyət sahəsinə aid olan nəzarət mexanizmlərinin TƏBİB-ə verilməsi nəzərdə tutulur.
Məsələn, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın dərhal ötürülməməsi və ya düzgün olmayan məlumatın verilməsinə görə inzibati cəza mexanizmləri mövcuddur.
Eləcə də qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulmasına görə məlumat verməyənlərlə bağlı.
Bu zamana qədər prosedurlara Səhiyyə Nazirliyi nəzarət edirdisə, təklif edilən dəyişikliklərdə həmin səlahiyyətlərin TƏBİB-ə verilməsi bildirilir.
Həmçinin zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun qaçırması ilə bağlı faktlara nəzarətin TƏBİB-ə verilməsi təklif edilir.
Qanun layihələrinə əsasən, Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini Səhiyyə Nazirliyi deyil, TƏBİB aparacaq.
"TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirməsini nəzərə alaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq layihələrin qəbul edilməsi təklif olunur", - deyə layihələrdə yazılır.
Bəs bütün bu proseslər Səhiyyə Nazirliyinin ləğvinə gətirib çıxara bilərmi?
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Oxu.Az-a bildirib ki, Səhiyyə Nazirliyinin ləğvi ilə bağlı ehtimallar yürütmək düzgün deyil.
"Ümumiyyətlə Səhiyyə Nazirliyinin ləğv edilməsi ilə bağlı sual qəribə səslənir", - deyə M.İbrahimqızı əlavə edib.
Deputat qeyd edib ki, Səhiyyə Nazirliyinin və TƏBİB-in ayrılıqda öz funksiyası var.
Xatırladaq ki, qanun layihələri Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.
Aqşin Kərimov

Sosial       Tarix: 08 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar xeberlər ən son xeberler iqtisadiyyat xeberleri bugun