TƏCİLİ: Sərhədin delimitasiyası bu ərazidə keçiriləcək
Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti görüşü keçiriləcək.
KONKRET.az xəbər verir ki, barədə Ermənistan komissiyasının sədri, baş nazirin müavini Mher Qriqoryan məlumat verib.
O bildirib ki, delimitasiya prosesi sərhədin şimal hissəsindən – Tavuş istiqamətindən başlayacaq. Onun sözlərinə görə, prosesə start verilməzdən əvvəl daha bir görüşün keçirilməsi planlaşdırılır və bu çərçivədə müzakirə ediləcək məsələlər mövcuddur.
Baş nazirin müavini həmçinin Azərbaycan tərəfi ilə intensiv görüşlərin keçirilməsi barədə razılıq əldə olunduğunu qeyd edib. Jurnalistlərin görüşün yaxın vaxtlarda baş tutub-tutmayacağı ilə bağlı sualını cavablandıran Qriqoryan, bunun mümkün olduğunu istisna etməyib.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyətinə dair sənədin ratifikasiyası layihəsini təqdim edib. Layihəyə əsasən, tərəflər delimitasiya prosesində bütün hüquqi əsaslı xəritə və sənədlərdən istifadə edəcəklər. Sənəd erməni, azərbaycan və rus dillərində hazırlanıb və Azərbaycanın da ratifikasiyasına təqdim olunacaq.
Aysu İbrahimova
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı