Tədqiqatçı Qobustanda qayaüstü təsvirlərlə bağlı yeni faktlar açıqladı - MÜSAHİBƏ + FOTO

Tədqiqatçı Qobustanda qayaüstü təsvirlərlə bağlı yeni faktlar açıqladı - MÜSAHİBƏ + FOTOTədqiqatçı Qobustanda qayaüstü təsvirlərlə bağlı yeni faktlar açıqladı - MÜSAHİBƏ + FOTO
Qobustanda qayaüstündə yeni təsvirlər aşkarlanıb. Qoruq əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən aparılan son tədqiqatlar zamanı üzəri torpaqla örtülmüş qayaların təmizlənməsi nəticəsində yeni təsvirlər aşkar olunub. Qaya üzərində dörd keçi, 1 dəvə təsviri ilə yanaşı qurbankəsmə mərasimləri zamanı istifadə edildiyi ehtimal olunan kiçik ölçülü çalalar da qeydə alınıb.
Oxu.Az-ın əməkdaşı tədqiqat aparanlardan biri, Qobustan Milli Tarix-Bədii qoruğunun aparıcı elmi işçisi Turan Yunus (Eldarov) ilə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Turan bəy, ilk dəfə qaya təsvirlərinə 3D modelinin tətbiqinə nə zaman başlamısınız?
Tədqiqatçı Qobustanda qayaüstü təsvirlərlə bağlı yeni faktlar açıqladı - MÜSAHİBƏ + FOTO- 2016-cı ildən ilk dəfə qayaların 3D modelinin hazırlanmasına başladıq. Kifayət qədər uğurlarımız olub. Xeyli sayda təsvir tapmışıq. Bizdə 5 dağda hazırda 7 mindən çox qayaüstü təsvir var. Bu təsvirlərin dövrü daş dövründən - Üst paleolitdən başlayır. Orta əsrlərə qədər çəkilən qayaüstü təsvirlər var. Biz ilk dəfə 3D modelləşdirməni Cingirdağ ərazisində başlamışıq. 1939-cu ildə bizim alimlərimiz də ilk dəfə orada tədqiqata başlayıblar. Cingirdağın yazılı təpə hissəsində ilk təsvirlər tapılıb.
Biz də tədqiqatlara orada başladıq. 3 il ərzində Cingirdağda bütün qayaların 3D modeli hazırlandı. 541 yeni təsvir tapıldı. 
- 3D modelinin hazırlanmasında məqsədiniz nədir?
- Məqsəd 3D elektron bazanın yaradılmasıdır. Çünki qayaüstü təsvirlər təbii təsirlərə məruz qalır. Aşınır, məhv olur və deformasiyaya uğrayır. Qobustan çox böyükdür. Hər qayada təsvir var. Mühafizəsi çox çətindir. Biz 3D modeli yaradırıq ki, gələcək nəsillərə ötürə bilək.
Çünki biz 1939-40-60-cı illərdə qeydə alınan təsvirləri çox çətinliklə görə bilirik. Artıq məhv olurlar. Qayanı bərpa etmək mümkün olmur. Maksimum qısa zaman çərçivəsində daha çox 3D modeli hazırlamalıyıq ki, gələcək nəsillərə ötürə bilək.
Tədqiqatçı Qobustanda qayaüstü təsvirlərlə bağlı yeni faktlar açıqladı - MÜSAHİBƏ + FOTO- 2016-cı ildə başlayanda neçə təsvir idi, indi nə qədərdir?
- 2016-cı ilə qədər 6 mindən çox təsvir var idi. İndi 7 mindən çoxdur. 3D modelinin digər məqsədi təsvir sayının artırılmasıdır. Nadir ölkələrdən biriyik ki, bu qədər təsvirimiz var.
Cingirdağdan sonra ən böyük dağ Böyükdaşdır. Oranı tədqiq etməyə başladıq. Böyükdaş dağı böyük olduğu üçün iki istiqamətdə işləyəcəyik. Yuxarı və aşağı səkidə. Biz hazırda aşağı səkidəyik. Qısa müddətdə onlarla yeni qaya aşkarlanıb. Bu günə qədər heç biri qeydə alınmayıb. Hər qaya üzərində çoxlu sayda yeni təsvir var. Belə yüzlərlə təsvir aşkar olunub.
Biz hər həftə yeni təsvir aşkar edirik. Bu böyük uğurdur. Avropa və Asiyanın bəzi yerlərində qayaüstü incəsənət yerlərində ayda-ildə bir dəfə 3-4 təsvir tapılır. Böyük uğur kimi göstərilir. Biz hər həftə o qədər aşkar edirik. Qobustan unikaldır. Rəqəmlərin sayı çoxdur. Müxtəlif dövrlərə aid təsvirlər aşkar edirik.
Qədim qadın ovçu və heyvan təsvirləri Qobustanın ən qədim təsvirləridir. Biz müxtəlif konfrans və seminarlarda iştirak edirik. Görürük ki, Qobustana böyük maraq var. İnsanların diqqətini çox çəkir.
- 3D modelinin hazırlanmasında hansı proqramlardan istifadə edirsiniz?
Tədqiqatçı Qobustanda qayaüstü təsvirlərlə bağlı yeni faktlar açıqladı - MÜSAHİBƏ + FOTO- İstifadə etdiyimiz proqramlar Avropa və Asiya qoruqlarında az istifadə olunur. Biz ən müasir proqramlardan yararlanırıq. Bu animasiya proqramları və 3D model hazırlanması proqramıdır. Nəticədə qayanın 3D teksturasını hazırlayıb, elektron məlumat bazasına əlavə edirik.
- Dediniz beynəlxalq seminarlarda iştiraklarınız tez-tez baş tutur.
- Biz beynəlxalq seminarlarda iştirak edirik. 3D modeli ilə bağlı rəqəmsal arxeologiya seminarı olur. Modelləşdirmə ilə bağlı iştirak edirik. Biliklərimizi artırıb, praktikada istifadə edirik. Keçən il səfərlərimiz çox oldu, Başqırdıstana (Rusiya), Portuqaliyaya getdik.
Aramızda informasiya mübadiləsi olur. Əməkdaşlığımız davam edir. Bir-birimizdən öyrənirik. Qayaüstü təsvirlərin öyrənilməsində yalnız biz yox, xarici mütəxəssislərlə də işləyirik.
Tədqiqatçı Qobustanda qayaüstü təsvirlərlə bağlı yeni faktlar açıqladı - MÜSAHİBƏ + FOTO- Sürətlə bu qədər çox təsvir aşkar etməyinizin səbəbi nədir?
- Əksər qayalar göz ilə baxanda görünmür. Yalnız 3-4 təsvir aydın görünə bilir. Qayaların 3D modeli hazırlanandan sonra biz süni işığı manipulyasiya edərək adi göz ilə görünməyən təsvirləri üzə çıxarırıq.
Cingirdağda 541 yeni təsvir aşkarlanıb. 440 ədədi alimlərimizin aşkar etdiyi qayaların üzərində üzə çıxıb. 3-4 təsvir aşkarlayıb, surətini çıxarıblar.
İndi isə proqramlar bizə kömək edir ki, aydın şəkildə görə bilək. Böyükdaş dağının aşağı hissəsində 30-a yaxın təsvir var idi. Bir nömrəli qayadan 10-dan çox təsvir tapdıq. Heç biri göz ilə görünməyib və qeydə alınmayıb. Hər araşdırdığımız qayanın 3D modelini hazırlayırıq. Və hər qayadan sürətlə yeni təsvir aşkar edirik.
Nəzrin Vahid

Maraqlı       Tarix: 17 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler azerbaycan krminal bu gun son.xeber ən son xəbərlər bugün