Təhlükəli virus yayılır: 40 nəfər YOLUXDU
İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti olaraq adlandırılan Hepatit E-yə yoluxma halı qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti yazıb.
Nəşrin yazdığına görə, "Rocahepevirus ratti" virusu (RHEV) ilk dəfə 2010-cu ildə Almaniyada aşkar edilib. İnsanların sözügedən virusa yoluxmayacağına inanılıb. Bununla belə, 2018-ci ildə Hepatit E virusuna yoluxmuş ilk şəxs müəyyən edilib.
"Yeni xəstələr İspaniyanın Əndəlüs, Qalisiya, Navarra və Kataloniya kimi çox ayrı bölgələrindəndir. Bu hal da virusun ölkənin böyük bir hissəsində mövcud olduğunu göstərir. 40 yoluxma 10 xəstəxanada 250-dən çox xəstədən götürülmüş nümunələrin təhlili ilə müəyyən edilib ", – Kordobanın Maimonides Biotibbi Tədqiqat İnstitutunda (Imibic) hepatit üzrə ixtisaslaşmış tədqiqatçı Antonio Rivero Juarez bildirib.
Virusun gəmiricilərdən insanlara necə keçdiyi hələ müəyyən edilməyib. Bir fərziyyə insanların daşıyıcı siçovulların nəcisi və ya sidiyi ilə çirklənmiş maddələrlə təmasda olduqdan sonra yoluxa biləcəyidir.Əvvəllər "Journal of Medical Virology" hepatit E virusunun ilk dəfə Koreya Pasyuklarında aşkar edildiyini yazıb. (Sfera.az)
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var