Telefonun batareyasının ömrünü uzatmağın yolları açıqlandı - FOTO
Telefonun batareyasının ömrünü uzatmağın yolları açıqlandı - FOTO
Parametrlərdə "Wi-Fi" şəbəkələri və "Bluetooth" cihazları üçün avtomatik axtarışın söndürülməsi smartfonun batareyasının ömrünü uzadacaq.
Bu barədə Rusiyanın Keyfiyyət Sisteminin ("Roskaçestvo") mütəxəssisləri bildiriblər.
Onların sözlərinə görə, beləliklə telefon davamlı olaraq xarici siqnalları axtarmağı dayandıracaq, bu da ümumilikdə yükü yüngülləşdirir.
Mütəxəssislər lazımsız "push" bildirişlərindən, həmçinin animasiya ilə canlı divar kağızlarından imtina etməyə çağırıblar. Onların sözlərinə görə, ekran smartfonun ən "qarınqulu" elementidir - o nə qədər az işləsə, bir o qədər az enerji sərf olunur. Bildirilir ki, canlı divar kağızları prosessorun yükünü artırır, bu da smartfonun batareyasını daha tez boşaldır.
"Bundan əlavə, "Diaqnostika üçün məlumat göndər" funksiyasını deaktiv etməlisiniz. Bu, qadceti sürətləndirəcək və həmçinin tərtibatçıların fəaliyyət məlumatlarını öz serverlərinə göndərməsinə mane olacaq", - deyə ekspertlər əlavə ediblər.
Mənbə: Lenta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR