Telman İsmayılov saxlanıldı
Rusiyanın paytaxtı Moskvada yerləşən Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.
Bu barədə Monteneqronun "Viesti" portalı məlumat yayıb.
İlkin məlumata görə, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib.
Bu ilin iyun ayında Monteneqro polisi Podqoritsa bölgəsində beynəlxalq həbs qərarı çıxarılan iki xarici vətəndaşı axtardıqlarını bildirib. Onlardan biri iş adamı Telman İsmayılov olub.
2009-cu ildə direktoru olduğu Moskvanın ən böyük topdansatış mərkəzi sayılan Çerkizovski bazarının fəaliyyəti ilə bağlı müxtəlif şikayətlər alıb. Sanitariya orqanları orada çoxsaylı qanun pozuntuları aşkar etdikdən sonra bazar bağlanıb.
Rusiyada o, qətl və qanunsuz silah alverində ittiham olunur. Telman İsmayılovun Monteneqroda saxlanılması da Rusiyanın təqdim etdiyi order əsasında baş tutub.
///Report
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR