"Təmiz hava" aylığı: Atmosferi çirkləndirən nəqliyyat vasitələri - REPORTAJ + FOTO

"Təmiz hava" aylığı: Atmosferi çirkləndirən nəqliyyat vasitələri - REPORTAJ + FOTO
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində may ayının 1-dən "Təmiz hava" aylığına start verib.
"Təmiz hava" aylığı hər il müxtəlif vaxtlarda keçirilir. Məqsəd ekologiyanı qorumaqdır. Bu tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji nəzarətin gücləndirilməsinə bilavasitə xidmət edir. Ümumiyyətlə, aksiya atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasına yönəlir.
Layihənin keçirilməsi labüddür. Bakı şəhərində tətbiqi xüsusilə vacibdir. Nəzərə alsaq ki, paytaxt küçələrində kifayət qədər avtomobil var. Məlumdur ki, avtomobil sayının çox olması havaya buraxılan zəhərli maddələrin miqdarının artmasına səbəb olur. Yoxlanma, nəzarət olmasa, ətraf mühit ilə yanaşı insan sağlamlığı da təhlükədə olar.
Oxu.Az-ın əməkdaşları vəziyyəti araşdırmaq üçün Abşeron rayonu ərazisində yerləşən, hər kəsin "Ekologiya postu" kimi tanıdığı Ekoloji Nəzarət üzrə Yol Patrul xidmətinə baş çəkiblər.
Ərazidə sakitlik müşahidə olunsa da, Yol Patrul Xidmətinin nümayəndələri ətrafda görünürlər. Onlar yoldan keçən nəqliyyat vasitələrini saxlayır və baxış keçirirlər.
Keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığını yoxlamaq üçün polis əməkdaşları xüsusi cihazlarla yoxlanış aparırlar. Texniki sazlığın həm sürücü və sərnişinlərin, həm də bütün şəhər sakinlərinin sağlamlığına əhəmiyyəti barədə mütəxəssisin iştirakı ilə maarifləndirici söhbət aparılır. Ətrafa atılmış tullantılarda normadan artıq çirkləndirən avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür.
Polis əməkdaşları bu aksiyanın məqsədini sürücülərə çatdırmağa çalışırlar. Əsas məqsədin nəqliyyat vasitələrin ətraf mühitə atdığı tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınmasına yönəldiyini bildirirlər.
Aksiyanın təkcə avtomobil üçün yox, ətraf mühitin təmizliyi, insanların sağlamlığı, avtomobil mühərrikinin, yanacaq sisteminin işlək vəziyyətdə olması üçün vacib olduğunu qeyd edirlər:
"Sürücülər cəriməni deyil, sadaladığımız nüansları nəzərə almalıdırlar. Bu, məcburi yox, icbari bir layihə olmalıdır. Aksiyanı gözləməyə ehtiyac yoxdur. Mütəmadi olaraq, qısa zaman fasiləsi ilə avtomobillərini ustaya göstərməlidirlər. Texniki baxış vaxtını unutmamalıdırlar. Texniki baxış gecikdikdə yanacaq sistemində, mühərrikində problemlər yarana bilər.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirən maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar. Bu məsələdə məsuliyyətsizlik etmək olmaz".
Yoxlanış prosesi davam edir. Aksiyadan məlumatı olmayan sürücülərə xəbərdarlıq olunur. Şərtlər və normalar haqqında müəyyən informasiyalar verilir. Hətta bəzi sürücülər bildirirlər ki, bu tədbir olmasa, nəqliyyat vasitələrini yoxlatdırmaq yadlarına belə düşməz.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli tədbir haqqında məlumat verir:
"Keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbət aparılır. Ətraf mühitə atılan tullantılardan müəyyən edilmiş normadan artıq çirkləndirən maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən sürücülər barəsində qanunauyğun tədbirlər həyata keçirilir".
T.Nəsirli sonda sürücülərə müraciət edir:
 "Bir daha sürücülərdən, sərnişin, və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtomobillərin texniki cəhətdə saz vəziyyətdə istifadəsini xahiş edirik".
Aksiya zamanı daha bir sürücünün avtomobilinə texniki baxış keçirilir. Nəqliyyat vasitəsində zəhərli dəm qazının miqdarının çox olduğu aşkarlanır.
Yol Patrul Xidmətinin baş inspektoru Fəxri Həsənov sürücünü məlumatlandırır:
"Zəhərli dəm qazının miqdarı çox olduğu üçün İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin 5-ci bəndinə əsasən, sizin nəqliyyat vasitənizə inzibati protokol tərtib olunacaq. Zəhmət olmasa, nəqliyyat vasitənizi nəzərdə tutulan servislərin birində yoxlatdırıb, nasazlığı aradan qaldırın. Problem dizel mühərriki ilə əlaqədardır. Protokolla bərabər şikayətiniz varsa, bildirə bilərsiniz".
Sürücü narazılığının olmadığını dilə gətirir:
"Şikayətim yoxdur. Düşünürəm ki, avtomobil vaxtında usta yoxlanışından keçsə, baş verə biləcək bir çox mənfi halların qarşısı alınar. Həm də nəqliyyat vasitəmin istismar müddəti uzun olar".
Sürücülərin "Təmiz hava" aylığı aksiyası ilə bağlı demək olar ki, narazılıqları yox idi. Hətta bundan razı olduqlarını bildirirlər.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılan "Təmiz hava" aylığı iyun ayının 1-ə qədər davam edəcək.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 06 may 2023
f Paylaş

Oxşar xəbərlər

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun son xeberler bugun 2026 canli ensonxeberler zelzele