"Tənzilə xanım namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəyəm
Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 70 yaşını geridə qoysa da, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək haqda düşünür.
azxeber.com xəbər verir ki, bu barədə onun özü Modern.az-a müsahibəsində deyib.
S. Rüstəmxanlı həyat yoldaşı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının da namizəd ola biləcəyini istisna etməyib. Xalq şairi bildirib ki, bu məsələ ilə bağlı ailədə ortaq qərar qəbul ediləcək:
"Tənzilə xanım da partiyanın üzvüdür. O, partiyamızda həm Türk dünyası ilə əlaqələr üzrə məsuldur, həm də Qərbi Azərbaycan İcmasının fəallarından biridir. Həm bu icmanın, həm də partiyanın, eləcə də özünün istəyi nəzərə alınacaq. Bir ailədən bir nəfər namizəd ola bilər. Mən namizəd olsam, Tənzilə xanım, o namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəyəm. Onunla aramızda olan söhbəti burada açmaq istəmirəm. Təbii ki, aramızda danışacağıq".

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu