Təyyarə qəzasında yaralananların son durumu açıqlandı - 1 nəfərin vəziyyəti ağırdır
Səhiyyə Nazirliyi və TƏBİB ötən il dekabrın 25-i Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində yaralanlarla bağlı birgə məlumat yayıb.
azxeber.com birgə məlumata istinadən xəbər verir ki, hadisədən dərhal sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb.
Sərəncamla aidiyyəti dövlət qurumları, eləcə də Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müvafiq tədbirlər üçün zəruri tapşırıqlar verilib.
Bildirilib ki, müvafiq tapşırıqların ardından qəza nəticəsində yaralanan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunub və zərərçəkənlərin müalicəsi üçün lazımi şərait yaradılıb:
"Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin Reanimasiya şöbəsinə, 13 nəfər isə Stasionar şöbəyə qəbul edilib.
Təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) iki tərəfli pnevmo-hemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib.
Onların hər biri ixtisaslı həkim-mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah, ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruri instrumental-diaqnostik müayinələr olunublar.
Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələri yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunub.
Hazırda 4 pasiyentin (1 kişi və 3 qadın olmaqla) stasionar müalicəsi davam etdirilir. Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1 nəfərin vəziyyəti ağır stabil, stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir", - məlumatda vurğulanıb.

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Nuran yeni layihəsini təqdim etdi
Prezident polşalı həmkarına məktub göndərdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
Şimali Kiprin tanınması üçün... - Ərdoğan