Təzə üyüdülmüş, yoxsa hazır qəhvə? - Həkim sevimli içki barədə miflərə son qoydu - FOTO

Təzə üyüdülmüş, yoxsa hazır qəhvə? - Həkim sevimli içki barədə miflərə son qoydu - FOTOTəzə üyüdülmüş, yoxsa hazır qəhvə? - Həkim sevimli içki barədə miflərə son qoydu - FOTO
Müasir dövrdə qəhvə ən çox istifadə edilən içkilərdən birinə çevrilib. Bir çoxları hesab edirlər ki, qəhvə təzyiqi qaldırır. Bəzi insanlar isə təzə üyüdülmüş qəhvədən fərqli olaraq, hazır qəhvə tozunun faydasız olduğu qənaətindədirlər.
Tanınmış rusiyalı kardioloq German Qandelman bu deyilənlərə aydınlıq gətirib.
Onun sözlərinə görə, qəhvənin təzyiqə təsiri barədə deyilənlər yanlışdır.
"Qəhvə içdikdən sonra ürək döyüntüləri bir qədər çoxala bilər ki, bu da təzyiqin müvəqqəti və əhəmiyyətsiz dərəcədə artmasına səbəb olur. Bununla belə, içki sidikqovucu təsirə malikdir. Beləliklə, uzun müddətli perspektivdə əks təsiri görünür: İdrar yolu ilə mayenin təbii itkisi baş verir və qan təzyiqi aşağı düşür", - deyə mütəxəssis bildirib.
Təzə üyüdülmüş, yoxsa hazır qəhvə? - Həkim sevimli içki barədə miflərə son qoydu - FOTOG.Qandelman hazır qəhvə tozu ilə təzə üyüdülmüş qəhvə arasında fərqi də izah edib. Onun sözlərinə görə cəmiyyətdə hazır qəhvə tozu yaxşı hesab olunmur, təzə üyüdülmüş qəhvəyə üstünlük verilir. Əslində, hazır qəhvə dənəvər olanları ilə eynidir, yalnız daha mürəkkəb bir şəkildə əldə edilir - təmizlənir, qaynadılır, buxarlanır, qurudulur.
Mütəxəssis hazır qəhvə tozunun orqanizmə xeyri olmadığı barədə deyilənləri təkzib edib.
"Bir qayda olaraq, qəhvə gümrahlıq üçün içilir. Bu vəziyyətdə hazır qəhvə tozu təzə üyüdülmüşündən zəif qalır. Biz enerjini kofeindən alırıq. Beyin fəaliyyətini artırır, daha aktiv oluruq, daha yaxşı düşünürük. Hazır və təzə üyüdülmüş qəhvə arasında kofein tərkibini müqayisə etsək, bu, bişən qəhvədə 1,5 dəfə çoxdur (hazır qəhvə tozunda 26 milliqram, təzə üyüdülmüşdə 40 milliqram)", - deyə mütəxəssis bildirib.
Bununla belə, bəzi hallarda hazır qəhvə tozu təzə üyüdülmüşdən daha faydalıdır:  
"Vacib bir nüans var. Qəhvə çərdəklərinin tərkibində kafestol var. Müntəzəm qəhvə istehlakı ilə bu maddənin xolesterol səviyyəsini 8-10% artırdığı sübut edilib. Buna görə aterosklerozun inkişaf riski artır. Ancaq hazır qəhvə tozunun tərkibində kafestol çox cüzidir (təzə dəmlənmiş qəhvədən 24 dəfə az). Buna görə də, əgər insanın ürək-damar xəstəlikləri varsa, o, hazır qəhvə tozuna üstünlük verməlidir", - deyə G.Qandelman sözlərini yekunlaşdırıb.
Təzə üyüdülmüş, yoxsa hazır qəhvə? - Həkim sevimli içki barədə miflərə son qoydu - FOTOMənbə: Lenta.ru / oxu.az

Maraqlı       Tarix: 26 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeber 2026 son xeberler azerbaycan xeber.az son xeberler