Tibbi sığortaya bu qədər pul ödəyəcəyik - MƏBLƏĞ

Tibbi sığortaya bu qədər pul ödəyəcəyik - MƏBLƏĞTibbi sığortaya bu qədər pul ödəyəcəyik - MƏBLƏĞ
İcbari tibbi sığorta ilə bağlı qaydalar təsdiq edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə icbari tibbi sığorta ilə bağlı ümumilikdə dörd qayda təsdiq edilib:
"İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası"
"Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası"
"Tibbi-iqtisadi ekspertizanın aparılması Qaydası"
"Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydası"
Birinci qayda cari ildə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, ölkə vətəndaşları, respublikada qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqının mərhələli şəkildə ödənilməsini müəyyən edir.
İcbari tibbi sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat və oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edir.
Oxu: Baş nazirdən icbari tibbi sığorta ilə bağlı MÜHÜM QƏRAR
İkinci qaydaya əsasən, vətəndaşın tibb müəssisəsinə təhkimolunması və ailə həkimini (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) seçməsi onun yaşadığı ərazi üzrə fəaliyyət göstərən tibb müəssisəsinə kağız və ya elektron formada ərizənin təqdim edilməsi ilə həyata keçiriləcək. Vətəndaş tibb müəssisəsinə ərizə ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənədi və yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi də təqdim etməlidir.
Üçüncü qayda tibb müəssisəsində göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin tibbi-iqtisadi ekspertiza vasitəsilə həyata keçirilməsini müəyyən edir. Tibbi-iqtisadi ekspertiza göstərilən tibbi xidmətin müddət və həcminin, o cümlədən tibb müəssisəsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb müəssisəsinin hesabat sənədlərinə uyğunluğunun aşkar edilməsi məqsədilə aparılır.
Dördüncü qayda tibb müəssisəsində göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə həyata keçirilməsini müəyyən edir.
Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib-göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır. /oxu.az

Sosial       Tarix: 20 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri