Ticarət mərkəzləri niyə sığortalanmır? - VİDEO

Ticarət mərkəzləri niyə sığortalanmır? - VİDEOTicarət mərkəzləri niyə sığortalanmır? - VİDEO
Ötən həfə "Eurohome" ticarət mərkəzi və 3-cü mikrorayon bazarı yananda görünən o oldu ki, nə olursa, sahibkara olur. Bəs sığorta? Yəni əgər yanan məhsullar və obyektlər sığortalanıbsa, sahibkar niyə narahatdır? Sığortalanmayıbsa, bu artıq başqa mövzunun araşdırmasını tələb edir.
Baku.Tv-nin "Xəbər" buraxılışında yayımlanan süjetdə qeyd olunur ki, ötən həftənin əvvəli 21.000 kv.m sahəni əhatə edən "EuroHome" ticarət mərkəzinin yanaraq külə dönməsi ilə yadda qaldı. Həftə bitməmiş isə Nəsimi rayonunda, "3-cü mikrorayon bazarı" adlanan ərazidə növbəti güclü yanğın baş verdi. Hər iki faktda ən böyük zərbə sahibkarlara dəydi.
Yaranmış vəziyyətdə insanları düşündürən sual: Minimum 100 min manatlıq məhsulun olduğu obyekti hər ay 30 manat verib sğorta etdirmək olmazdımı ki, bu cür bədbəxt hadisə baş verən zaman kompensasiya tələb etmək üçün bir səbəb olsun?! 
Sahibkarların demək olar hamısı oxşar fikir söyləyir: 
"Sığorta etdirməmişik. Burada heç kim etdirməyib. Çünki burani sığorta etdirmək heç bir sığorta şirkətinə maraqlı deyil. Gəlib baxırlar ki, bura sığorta etmək üçün yararlı deyil". 
Bəs qanun nə deyir? Bəlkə həqiqətən bu cür əmlakların sığortası könüllüdür? 2011-ci ildə verilmiş qərarla belə obyektlərin sığortası icbaridir. Buna görə hətta cərimə məbləği də müəyyən edilib.
Sığorta eksperti Cəmşid Mustafayev deyir: 
"Qanun olsa da, tətbiq mexanizmi yox idi. Ona görə də sahibkarlar bundan istifadə edirdi. Mülki məcəllənin 160-cı maddəsinə əsasən əgər qeyri-qanuni tikilidirsə, əmlak haqqında sökülmə qərarı qəbul edilibsə, bu zaman icbarı sığorta tətbiq olunmur. Ancaq sözü gedən obyektdə hər şey qaydasında idi". 
Təyinatından asılı olaraq belə obyektlərdə yanğından mühafizə sistemləri olmalıdır. Ancaq ölkədəki böyük ticarət mərkəzlərində demək olar ki, bu tip halların heç biri nəzərə alınmayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev vəziyyəti belə şərh edir:
"Hər bir obyektdə avtomatik yanğın xəbər edici, avtomatik yanğın söndürmə, tüstü xaric etmə qurğuları, daxili və xarici su təhcizatı sistemləri olmalıdır. Eyni zamanda sahibkar obyektini icbari sığorta etdirməlidir ki, yanğından sonra konpensasiya ala bilsin". 
Hər halda problemin həlli qəliz deyil. Bununla bağlı kifayət qədər anlayışlı şəkildə yazılmış qanun da var. Sadəcə adiyyəti qurumlar qəbul olunmuş qərarın tətbiqinə vaxtında başlamalıdırlar.

/oxu.az

Sosial       Tarix: 16 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər bugün 2026 xankendi xeber.az son xeberler beynelxalq bank mezenne