"Tikinti materiallarının ucuzlaşması evlərin qiymətinə də təsir göstərəcək" - AÇIQLAMA + FOTO

"Tikinti materiallarının ucuzlaşması evlərin qiymətinə də təsir göstərəcək" - AÇIQLAMA + FOTO
Tikinti materiallarının bazarda ucuzlaşması ilə bağlı məlumatlar var. Bunu Rusiya rublunun ucuzlaşması ilə əlaqələndirirlər. Xüsusən də taxtanın qiymətində ciddi ucuzlaşma olduğu deyilir.
Bəs görəsən, ucuzlaşma nə ilə əlaqədardır? Nə zamana qədər davam edəcək? Ötən illə müqayisədə nə qədər azalma müşahidə olunur?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli qeyd edib ki, Rusiyada rublun məzənnəsi dollara nisbətən kəskin ucuzlaşıb:
"Hazırda Rusiyada rublun məzənnəsi dollara nisbətən ucuzlaşıb. Bu da Rusiyanın ixrac imkanlarına mənfi təsir göstərir. Rusiyadan ölkəmizə ixrac olunan məhsulların qiymətinin ucuzlaşmasına səbəb olur. Tikinti materiallarından dəmir, armatur və taxtada 10-15 faiz ucuzlaşma müşahidə olunur".
Ekspert bu ucuzlaşmanın evlərin qiymətinə də təsir göstərəcəyini bildirib:
"Tikinti materiallarının ucuzlaşması evlərin də qiymətinə öz təsirini göstərəcək. Ucuzlaşmanın nə vaxta qədər davam edəcəyi bəlli deyil. Çünki rublun qiymətinin ucuzlaşması hələ də davam edir. Bu tikilən evlərin, çoxmərtəbəli binaların müəyyən qədər qiymətinə təsirini göstərəcək".
Tikinti məsələləri üzrə ekspert Nüsrət İbahimov tikinti materialları bazarında son bir il ərzində ümumən 3,14 faiz ucuzlaşma qeydə alındığını söyləyib:
"Bu azalma həm daş məmulatlarında, həm də armaturda müşahidə edilib. Daşda 3,33%, armaturda 10,34%, dam örtüklərində 4,35%, sement 4,14%, qum 3,7% ucuzlaşıb. İdxal edilən taxta il ərzində 28,57%, preslənmiş taxta 35,14%, şüşə 21,88%, dəmir 18.3% ucuzlaşıb. Demək olar ki, bütün əsas tikinti materiallarında qiymət azalması müşahidə edilir".
"Rusiyada bir qədər məhdudiyyətlər var. Son bir ildə ucuzlaşma müşahidə edilir. Tikintinin də həcmi azalıb. O da öz növbəsində qiymətlərə mənfi təsirini göstərir. Son nəticədə ucuzlaşma baş verir. Həm Rusiyada, həm Azərbaycanda ikirəqəmli inflyasiya tikinti bazarına da təsirini göstərir. İnflyasiyanın birrəqəmliyə düşməsinin bazara müsbət təsiri olacaq. Bu bazarda qiymətlərin əvvəlki məcrasına qayıtmağa sövq edəcək", - deyə N.İbrahimov qeyd edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 11 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az xeberlər maraqlı xəbərlər sonxeber