"Titanik"ə səfərdə batan batiskaf şirkətinin həmtəsisçisi 1000 nəfəri ən isti planetə göndərmək istəyir - FOTO

"Titanik"ə səfərdə batan batiskaf şirkətinin həmtəsisçisi 1000 nəfəri ən isti planetə göndərmək istəyir - FOTO
"OceanGate" şirkətinin həmtəsisçisi Gilyermo Zönlyayn 2050-ci ilə qədər Venera planetində  üzən koloniyaya 1000 adam göndərmək istəyir.
Gələcəyə böyük ümidlər bəsləyən Gilyermo Zönlyayn bildirib ki, o vaxta qədər Veneranın sulfat turşusu buludlarında 1000 insanın yaşamasını istərdi.
"Titanik"ə səfər edən "Titan" sualtı qayığında baş verən faciədən və batiskafın enişdən bir neçə saat sonra partlamasından sonra "OceanGate"in innovasiya və təhlükəsizliyə yanaşması ilə bağlı narahatlıqlar artıb. Lakin Gilyermo Zönlyayn son hadisələrin onun ambisiyasını azaltmasına imkan verməyib. O iddia edir ki, bəşəriyyət innovasiyanın sərhədlərini genişləndirməyə davam etməlidir.
"OceanGate" isə Zönlyaynın yeganə şirkəti deyil. İş adamının ən son və bəlkə də ən iddialı planı insanları Venera atmosferində yaşamağa göndərməkdir.
O, həmçinin planının göründüyü qədər də ağılsız olmadığını iddia edir. "Məncə, bu, 2050-ci ilə qədər bir milyon insanı Marsın səthinə çıxarmaqdan daha az iddialıdır", - deyə o, "Insider" nəşrinə müsahibəsində bildirib.
Qeyd edək ki, Venera Günəş sistemindəki ən isti planetdir. Onun atmosferi karbon qazı ilə doludur, səthinin temperaturu qurğuşunu əritmə gücünə malikdir, buludların arasından isə sulfat turşusu yağır. NASA-nın məlumatına görə, onun atmosfer təzyiqi sarsıdıcıdır və Yerdəkindən 90 dəfədən çoxdur.
Buna baxmayaraq, Zönlyayn bəşəriyyətin niyə bu planetdə yaşamaq üçün cəhd etmədiyini başa düşmür. O, bəzi tədqiqatlara işarə edərək vurğulayıb ki, insanlar nəzəri olaraq sağ qala bilərlər. Belə ki, tədqiqatlara əsasən, səthdən təxminən 30 mil məsafədə Venera atmosferinin bir hissəsi var və burada temperatur daha aşağı, təzyiqlər daha az intensivdir.
Zönlyaynın fikrincə, kosmik stansiyanı buludlardakı sulfat turşusuna tab gətirə biləcək şəkildə layihələndirmək mümkün olsaydı, o zaman nə vaxtsa yüzlərlə və minlərlə insan Venera atmosferində yaşaya bilərdi.
Onun sözlərinə görə, 2050-ci ilə qədər üzən koloniya Veneranın atmosferində 1000 nəfəri yerləşdirə biləcək, lakin bunun necə baş verəcəyi bəlli deyil.
Mənbə: Businessinsider.in / oxu.az

Maraqlı       Tarix: 30 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeber 2026 son xeberler azerbaycan xeber.az son xeberler