"Titanik"in qəzaya uğradığı yerdə yoxa çıxan sualtı cihazdakı turistlərdən biri paylaşım etdi - FOTO

"Titanik"in qəzaya uğradığı yerdə yoxa çıxan sualtı cihazdakı turistlərdən biri paylaşım etdi - FOTO
Atlantik okeanında itən batiskafda olan turistlərdən biri - dalğıc Rori Qolden "Facebook"da paylaşım edib.
O, özünün və bütün ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğunu bildirib.
Qolden həmçinin göyərtədə daha kimlərin olduğunu öyrənməməyi və bu barədə spekulyasiya etməməyi xahiş edib, bunu nəzakətsizlik adlandırıb.
Dalğıc onunla əlaqə saxlamağa çalışan hər kəsə təşəkkür edib və qeyd edib ki, hazırda bütün komanda xilasediciləri gözləyir. O, bundan başqa, internetə çıxışının məhdud olduğunu da açıqlayıb və ancaq lazım gəldikdə paylaşım edəcəyinə söz verib.
"(Hadisəyə) reaksiyalar və dünyanın dörd bir yanından gələn yardım təklifləri, həqiqətən, heyrətamizdir və belə bir zamanda insanların əsl xeyirxahlığını göstərir", - deyə Qolden əlavə edib.
Qeyd edək ki, ekspedisiyanın təşkilatçısı "OceanGate" qurğu ilə əlaqənin "StarLink" peyk sistemi vasitəsilə təmin edildiyini bildirib.
Xatırladaq ki, turistləri "Titanik" sərnişin laynerinin batdığı yerə aparmaq üçün istifadə edilən sualtı eniş aparatı Atlantik okeanında itib. Batiskafda beş nəfər, o cümlədən biznes aviasiyası ilə məşğul olan britaniyalı milyarder Hemiş Hardinq var.
Eyni zamanda, turistlərin oksigeni getdikcə azalır. Ümumilikdə, batiskafda 96 saatlıq oksigen olub. Keçmiş xilasedici gəmi kapitanı Şon Tortora jurnalistlərə verdiyi müsahibədə cihazdakı oksigenin 22 iyun cümə axşamı bitməli olduğu barədə xəbərdarlıq edib.
Hazırda Atlantik okeanında axtarış-xilasetmə əməliyyatları davam edir. Sualtı eniş aparatının axtarışı üçün ABŞ "C-130" hərbi-nəqliyyat təyyarəsi, Kanada isə "Boeing P-8 Poseidon" qayıq əleyhinə patrul təyyarəsi ayırıb. Axtarış ABŞ-nin Atlantik okeanı sahillərindəki Keyp-Kod burnundan təxminən 900 mil aralıda aparılır. Əməliyyatda Kanadanın "Polar Prince" tədqiqat gəmisi də iştirak edir.
Mənbə: Lenta.ru / oxu.az

Maraqlı       Tarix: 20 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar xəbər az en son xeberler bu gun havanın temperaturu