Tofiq Zülfüqarov: "Ermənilər Polşa prezidentini aldatdılar"

Tofiq Zülfüqarov: Ermənistanın qeyri-konstruktiv siyasəti Cənubi Qafqazda gərginliyi artırır. Ermənistandakı siyasi qüvvələrin öhdəsindən çətinliklə gələn baş nazir Nikol Paşinyan da təzadlı bəyanatlarıyla müzakirə mövzusuna çevrilir. Paşinyan zərərli erməni ideologiyasının zəhərlədiyi beyinlərin  təmizlənməsindən əziyyət çəkir və bildirir ki, Qərbi Ermənistan ideyasından əl çəkin. Baş nazir ermənilərə izah etməyə çalışır ki, hazırkı Ermənistan Qərbi Azərbaycan ərazisində bərqərar olub və azərbaycanlılar əzəli torpaqlarına qayıtmaq hüququnu özlərində saxlayırlar.
Mövzu ilə bağlıKONKRET.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov əvvəlcə Paşinyanın ictimaiyyətə ünvanladığı sullardan bəhs edib:
"Hərdən Paşinyan erməni xalqına sual verir ki, biz kimik və haradan gəlmişik? Biz hansı Ermənistanıq? Mifik Ermənistan, tarixi Ermənistan, yoxsa real Ermənistanıq? İndi orada yaşayan ermənilər hansı ölkəni təmsil etdiklərini hələ düzgün dərk etməyiblər. Paşinyan əvvəl mifik terminindən tez-tez istifadə edirdi. Sonra ona dedilər ki, ölkənin tarixini bu şəkildə alçaltmaq olmaz. Ona görə ifadəsində dəyişiklik edərək tarixi Ermənistan deyir. Tarixi Ermənistan hardadır? Onlar hansısa müstəqil dövlətə sahib olmayıblar. 20-ci əsrin əvvəllərində müstəqil olduqdan sonra Ararat republikası yaradıblar və dərhal həm Gürcüstan, həm də Türkiyə ilə müharibəyə başlayıblar. Bunun nəticəsində  cəmi 9 min kv.km ərazi əldə edə biliblər. Sonrakı dönəmlərdə sovetlərin dəstəyi ilə Ermənistana daha 20 min kv.km ərazi verilib. Həmin ərazilər də tarixi Azərbaycan torpaqlarıdır. İndi sual yaranır. Bəs Paşinyan hansı ölkəni təmsil edir? Bir tərəfdən deyirlər ki, müharibə istəmirik digər tərəfdən silah tədarük edirlər. İndi başa düşmək olmur, ermənilər müharibəyə, yoxsa sülhə  hazırlaşırlar. Onlar indi hansı sərhəddi istəyirlər. Deyirlər ki, Qarabağı qaytaracağıq. Qarabağı qaytarmaq üçün Azərbaycanla müharibə etmək lazımdır. Buna hazırdırlarmı? Ona görə erməniərin daxildə çox ciddi siyasi problemləri var".
Daha sonra Ermənistan-Rusiya münasibətlərinə toxunan keçmiş xarici işlər naziri bildirib ki, Ermənistan öz müstəqilliyini bərpa edəndən sonra xarici siyasətini digər ölkələrin hesabına qurub:
"Ermənistanın təhlükəsizlik sistemini təmin edən və Azərbaycan torpaqlarını işğal olunmasında mühüm rol oynayan Rusiya idi. İndi isə bunların arasında münasibətlər pozulub. Rusiya istəmir ki, ermənilərin siyasi ambisiyalarına dəstək versin. Ona görə ermənilər Rusiyaya əvəz axtarırlar. Ermənistan Rusiyanın  çətin vəziyyətdə olduğunu anladığından, çalışır ki, Qərbdən də bəzi dividendlər qopartsın. Amma Qərb də başa düşür ki, Ermənistan Rusiyanı öz ərazisindən çıxartmaq istəmir. Ermənilər Zvartnos hava limanında 20-25 rus sərhədçisinin yerini dəyişməklə elə hesab edir ki, Rusiya Ermənistanı tərk edir. Ya da Moskvanın patronajlığıyla keçirilən tədbirlərə gah gedir, gah da iştirak etmirlər. İndiyəcən İrəvanda iki Rusiya bazası dayanır. Hərbi Hava Qüvvələrinin bazası Zvartnosta yerləşir. Ermənistana gələn hər bir xarici vətəndaş təyyarənin pəncərəsindən Rusiya hərbi təyyarələrini görür. Ermənistanın sərhədlərini Rusiya qoşunları qoruyur. Elə bir sahə yoxdur ki, orada Rusiyanın hərbi imkanları mövcud olmasın. İndi Ermənistanın Rusiyadan uzaqlaşmasını onlar elə təbliğ edirlər ki, guya ruslar bu saat Ermənistanı tərk edəcəklər".
Bir neçə gün əvvəl İrəvanda səfərdə olan Polşa prezidenti Duda gözlənilmədən Ermənistan-Azərbaycan sərhədinə gələrək Aİ-nin müşahidə missiyasının üzvləriylə görüşüb. Polşa prezidentinin bu addımı bir mənalı qarşılanmayıb və geniş müzakirə olunub. Tofiq Zülfüqarov bu məsələyə də öz münasibətini bildirib:
"Polşa Aİ-nin nüvuzlu ölkələrindən biri olan dövlət kimi istəyir ki, bu prosesdə həm Azərbaycana, həm Ermənistana yardımçı olsun. Hələ Polşanın o vaxtkı prezidenti Kvasnevski Varşavada Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri arasında görüş də təşkil etmişdi. Onların Qarabağla bağlı fəallığı həmişə müşahidə olunub. İndi Polşa lideri Ermənistana səfərə gedib və təxminən həmin tezisləri orada da səsləndirib. Əsas fikirlərdən biri ondan ibarətdir ki, Ermənistanın Rusiyadan uzaqlaşmasını Polşa dəstəkləyir. İndi Ermənistan ərazisində Rusiyanın hərbi bazaları var. Şərti sərhəddə bundan əvvəl  rus hərbiçiləri də xidmət aparırdı. Hesab edirəm ki, erməni tərəfi Polşa prezidentini lazımi şəkildə məlumatlandırmayıb. Onu qəsdən danışıqlar predmeti olan sərhəddə aparıblar. Bunun məqsədi bəllidir. Ermənilər bundan guya siyasi dəstək kimi istifadə etmək istəyirlər. Dudanın da sərhədə gəlişini əllərində vasitə kimi saxlayırlar. Polşa prezidentinin müşavirləri lazımi şəkildə bu məsələyə bəlkə də diqqət yetirməyiblər. Onun mahiyyətini başa düşməyiblər və ona görə də belə vəziyyət yaranıb.
Ermənilər indi hay-haray salmaq istəyirlər ki, guya Polşa gəlib onları dəstəkləyir. Amma məsələnin bu cür təbliğinə qarşıyam. Sadəcə anlamaq lazımdır ki, ermənilər  Polşa prezidentini aldadıblar. Nəzərə almaq lazımdır ki, Duda Ermənistanda fəaliyyət göstərən müşahidə missiyasının tərkibində olan Polşa vətəndaşları ilə görüşüb və onlara dəstək ifadə edib. Bizim həmin müşahidə missiyasına qarşı iradlarımız çoxdur. Ermənilərin "binokl diplomatiyası"nda avropalı müşahidəçilərin rol oynaması Azərbaycanı narahat edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, iki ölkə arasında sərhəd müəyyən olunmadan heç bir qüvvə orada yerləşdirilməməlidir. Missiyanın mandatına uyğun olaraq onlar Ermənistanın ərazisində patrul həyata keçirməlidirlər. Ermənistan ərazisini müəyyən edən sərhədlərin haradan keçəcəyi danışıqlar prosesindən sonra müəyyən olunacaq".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 30 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər xeber.az 2026 krimnal xeber