Toivo Klaar Azərbaycan və Ermənistanın sülh müqaviləsindən DANIŞDI
«Ümid edirəm ki, Azərbaycan və Ermənistanın siyasi iradəsi və davamlı səyləri sayəsində düşmənçilik və zorakılıq səhifəsi nəhayət bütün region xalqlarının xeyrinə çevrilə bilər».
KONKRET.azxəbər verir ki, bunu jam-news.net-ə müsahibəsində tezliklə öz vəzifəsini tərk edəcək Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
"Bildiyim qədər, sülh müqaviləsi layihəsinin əksəriyyəti artıq razılaşdırılıb. Mənə elə gəlir ki, çatışmayan yeganə şey finişə çatmaq üçün lazım olan siyasi iradədir. Əminik ki, qalan məsələlər üzrə yekun razılaşma əldə olunub. Sülh müqaviləsi və onun sonrakı icrası regionda vəziyyəti kökündən dəyişəcək. Düşünürəm ki, liderlər də bu nöqteyi-nəzəri bölüşürlər və bu məsələ ilə bağlı yekun razılığın əldə olunması üçün lazım olan bütün səyləri göstərəcəklər", – Klaar bildirib.
"Bu yaxınlarda Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşməməsi bu prosesin nə qədər kövrək olduğunu göstərdi", deyə o yekunlaşdırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar