Tolik: Kənan canlı yayımda dediyi o sözə görə üzr istəyib

Tolik: Kənan canlı yayımda dediyi o sözə görə üzr istəyibTürkiyəli "tiktok"çu Kənan Kekeç canlı yayımda dediyi sözlərə görə tənqid atəşinə tutulub.
azxeber.com xəbər verir ki, tanınmış prodüser onun siyasi məsələlərə qarışdığını və canlı yayımda Azərbaycan haqda artıq fikirlər səsləndirdiyini deyib. 
Tolik azxeber.com-a açıqlamasında bildirib ki, Kənan Kekeç həmin ifadələrə görə üzrxahlıq edib. 
""Mən bu gün səhər türkiyəli "tiktok"çu Kənan Kekeçin bir açıqlamasını gördüm və xoşuma gəlmədi. Çünki Kekeç lazım olmayan sözlər istifadə etmişdi. Mən də onun videosunu lazım olan bir-iki nəfərə, ona hədiyyə atanlara göndərdim. Sonra onunla əlaqə saxlandı və onun səhvi özünə bildirildi. O da çıxıb izahını verdi.
Tolik deyib ki, "Tiktok"da üzr istəmək adi hala çevrilib: "Bilirsiniz, biz Türkiyə ilə qardaş ölkəyik. Amma bu, əyləncəli platformadır. Burada siyasi məqamlara toxunmaq nə qədər düzgündür ki? O, Azərbaycan sıralamasında ikinci yerdəydi, sıralamadan özünü çıxardı. Nəninki Kekeç, heç blogerlərin də, mənim də, heç kimin bunu eləməyə ixtiyarı yoxdur. Özünüz də bilirsiniz ki, oradan bir balaca sözü nə qədər şişirdirlər. Ona görə də, mən öz etirazımı bir vətəndaş kimi bildirdim. O da fikrini bildirdi ki, bunu səhvən deyib, üzrxahlıq edib. Üzr istəmək də "TikTok"da artıq davamlı olub, iki gündən bir üzr istəyirlər".
Tolik "tiktok"dan aktiv istifadə etmədiyini deyib: "Düzünü desəm, mən "TikTok"a çoxdandır girmirəm. Yəni, orada canlı yayımlar açmıram. Amma "TikTok" səhifəm "mavi tık" olduğu üçün məcburam ki, səhifəni aktual saxlayım. Bağlamaq istədim, dedilər ki, 30 gün sonra açmasan, səhifədən həmin "mavi tık" itəcək. Bu səbəbdən də yalnız paylaşımlar edirəm".
Aydın Nuri 

Şou Biznes       Tarix: 18 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun az xeber kriminal xeberler xeber.az 2026