Toylar təxirə salındı, bəs restoranlara verilən behlər necə olacaq? - REPORTAJ

Toylar təxirə salındı, bəs restoranlara verilən behlər necə olacaq? - REPORTAJToylar təxirə salındı, bəs restoranlara verilən behlər necə olacaq? - REPORTAJ
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.
Bəs görəsən, toy tarixini əvvəlcədən müəyyənləşdirən vətəndaşların restoranlara verdiyi behlər geri qaytarılacaqmı?
Oxu.Az məsələ ilə bağlı vətəndaşların suallarına cavab tapmağa çalışıb.
Paytaxtda fəaliyyət göstərən bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq. Bəzi şadlıq saraylarının nümayəndələri bu məsələ ilə bağlı vətəndaşlarla danışıqlara başladıqlarını qeyd etdilər.
"Sultan" şadlıq sarayından bildirilib ki, mart-aprel ayları üçün vətəndaşlar tərəfindən 10-dan çox toy məclisi üçün müraciət edilib. Şadlıq sarayının administratorunun sözlərinə görə, toy tarixləri irəli aylara keçirilib:
"Mart ayının 15-dən sonra müəyyənləşdirilən toy günləri növbəti aylara keçirilir. Əgər vətəndaş növbəti aylarda bizim şadlıq sarayında toy etmək istəmirsə, verilən beh ona geri qaytarılır. Yox, əgər, tarixi dəyişdirmək istəyirsə, verilən beh qalır və sadəcə mərasim irəli tarixə keçirilir".
Şadlıq evində toy etmək istəyən şəxslər üçün konkret beh məbləği yoxdur, vətəndaşlar 50-200 manata qədər beh verə bilər.
"Versal Palace" şadlıq sarayından da vətəndaşların toy tarixlərini iyul-avqust aylarına dəyişdirdikləri bildirilib:
"Bir neçə gün əvvəl sarayda müştərilərimizdən birinin qız toyu keçirilib. Ayın 18-i üçün oğlan toyu nəzərdə tutulmuşdu. Mövcud vəziyyətlə əlaqədar qəbul edilən qərara görə, ayın 14-dən sonra təyin edilən toy mərasimləri təxirə salınır.
Aprel ayının sonuna qədər minimum 200, maksimum 500 manata qədər beh verilib, günlər müəyyənləşdirilmişdi. Hələ ki, behi geri istəyən olmayıb. Ancaq elə bir məqam olsa, təbii ki, qaytarılacaq. Başqa cür heç nə edə bilmərik".
"Şahənşah" şadlıq sarayında isə mart-aparel ayları üçün 12 toy məclisi nəzərdə tutulubmuş:
"Vətəndaşlar dünəndən tarixləri dəyişməyə başlayıb. Toy günlərini növbəti ayın 15-dən sonra olan həftə sonlarına təyin edirlər. Ümumilikdə aprel ayı üçün olan toylarımızın əksəriyyəti may ayına keçirilir. Behi geri istəyən vətəndaşlar olmayıb".
Xatırladaq ki, mövcud vəziyyət vətəndaşlarla yanaşı şadlıq evlərinin sahiblərini də kifayət qədər ziyana salır. Lakin paytaxt ərazisində fəaliyyət göstərən şadlıq evlərinin əksəriyyəti əvvəlcədən ödənilən behləri istəkdən asılı olaraq geri qaytaracaqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycanda mövcud vəziyyət nəzərə alınaraq, vətəndaşların sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində bir aylıq xüsusi rejimin tətbiq edilməsinə qərar verilib.
Ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuşların isə tarixi dəyişdirilir.
Könül Cəfərli 

Sosial       Tarix: 14 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri