Tramp 3 ştatda keçirilən praymerizlərdə qalib gəldi
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Florida, Ohayo və İllinoys ştatlarında Respublikaçıların praymerizində qalib gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Floridada bülletenlərin 80 faizi sayıldıqdan sonra Tramp səslərin 80,5 faizini, Ohayoda isə bülletenlərin 20 faizi hesablandıqdan sonra seçicilərin 72,8 faizinin dəstəyini qazanıb. İllinoys ştatında ilk bülletenlər hesablandıqdan sonra ABŞ-nin keçmiş prezidenti 69 faiz toplayıb.
Trampın əsas rəqibləri – ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, Florida qubernatoru Ron Desantis və iş adamı Vivek Ramasvami daha əvvəl seçki yarışından çəkildiklərini bəyan ediblər.
ABŞ-nin keçmiş prezidenti artıq Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək