"Tramp bunu istəyirsə, Bakı və Ankaranın sözünü eşitməlidir" - "Stratfor"un fikirlərinə REAKSİYA
"Tramp İranı cilovlamaq və nəzarətdə saxlamaq üçün Türkiyə və Azərbaycana arxalanacaq". Amerikanın Stratfor kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orun səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Bəs görəsən, səsləndirilən bu fikirlər nə dərəcədə realdır? ABŞ İranı cilovlamaq üçün Azərbaycan və Türkiyədən istifadə edə bilərmi? Ümumiyyətlə, Bakı və Ankaranın buna münasibəti necə olacaq?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, bu mərkəzdə çıxan məlumatlar ABŞ dərin dövlətinin hansısa bir qanadına bağlıdır. Boş yerə belə bir məlumat yayılmaz:
"Görünür ABŞ hökumətində belə bir niyyət mövcuddur. Ancaq həmin niyyətin hansı şərtlər əsasında həyata keçiriləcəyi sual altındadır. Çünki həm Azərbaycan, həm də Türkiyə ayrı-ayrılıqda regionda böyük güc mərkəzidir. Eyni zamanda iki dövlət birgə ciddi regional subyekt olaraq təsir imkanlarını formalaşdırıb. Ona görə də, ABŞ-ın İranı cilovlamaqla bağlı Bakı və Ankaraya diktəsi mümkün deyil. Bununla bağlı sadəcə hansısa formada razılaşmalar ola bilər. Ancaq bu, fərqli bir mövzunun müzakirə predmetidir. Ümumilikdə götürəndə ABŞ, Azərbaycan və Türkiyə ilə bu məsələdə razılıq yaranmasını istəyəcəksə, o zaman Vaşinqton həm Bakının, həm də Ankaranın sözünü eşitməli olacaq. Bu, baş versə, Bayden administrasiyası dövründə Azərbaycan və Türkiyə ilə bağlı verilən bəzi yanlış qərarlara yenidən baxılması və düzəlişlər edilməsi tələb olunacaq. Siyasət elə bir məsələdir ki, burada pəncərə heç vaxt bağlı olmur. Danışıqlara yer saxlanılır. Ona görə də, sözügedən mövzuda danışıqların olması və müəyyən nəticəyə gəlinməsi mümkündür".
Müşviq Tofiqoğlu
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı