Tramp İranla bağlı yeni SSENARİ HAZIRLAYIR: "Bu, Tehran üçün "ölüm planı"na bərabər olacaq"
Donald Trampın birinci prezidentliyi dönəmində İrana qarşı aqressiv mövqe tutması az qala regionda müharibəyə səbəb olacaqdı. Bir neçə dəfə İranı hədələyən Tramp administrasiyası nəticədə müharibə ritorikasından əl çəkdi. Bayden hakimiyyəti dövründə isə İrana İsrail vasitəsi ilə təzyiqlər artdı. Hətta ABŞ-ın xeyir-duası ilə bir neçə dəfə İrana raket hücumları da təşkil olundu. İkinci dəfə hakimiyyətə gələn Trampın hədəfi yenə İrandır. Məsud Pezeşkian isə bildirib ki, Tramp İrana qarşı "ölüm planı" hazırlayır".
Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, hələlik bu, o qədər də real görünmür:
İlyas Hüseynov, politoloq
"Tramp 45-ci prezidentliyi dövründə də İranın nüvə proqramına bitərəfli qaydada çıxdığını elan etmişdi. Hazırda da İrana qarşı hansısa ssenarilərin yazılması və onun icrasına başlanması ehtimalı var. Amma düşünmürəm ki, birbaşa olaraq ABŞ İrana qarşı müdaxilə edəcək. İsrail vasitəsi ilə bunu etmək ABŞ üçün daha uyğundur. Biz əvvəlki dövrdə də HƏMAS-İsrail müharibəsinin ən qızğın çağında İsrail və İran tərəfindən bir-birinə qarşı müxtəlif raket hücumlarının şahidi olmuşuq. Dron hücumları da təşkil edilmişdi. Belə görünür ki, bu plan ABŞ tərəfindən İrana qarşı qeyri-hərbi metodlarla da həyata keçirilə bilər. Bunun iqtisadi, ticari məsələləri əhatə etməsi mümkündür. Digər tərəfdən, İranın Yaxın Şərqdə mövqelərinin zəiflədilməsi üçün müxtəlif tədbirlərin icrası da mümkün variantlar arasındadır. Bir mühüm reallıq da var ki, İran nəinki Suriyada mövqe itirir, hətta Livanda Hizbullaha da sarsıdıcı zərbələr endirilib. Baxmayaraq ki, Livanda hələ Hizbullahın gücü qalıb. Amma proksi ərazilərdə İranın varlığına son qoyulması Tehran üçün ölüm planına bərabərdir".
Vəli Həsənoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı