Tramp Kim Çen Ina görə Cənubi Koreya ilə hərbi təlimləri ixtisar etdi - FOTO
ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin ixtisar edilməsi barədə göstəriş verdiyini bildirib.
KONKRET.az xəbər verir ki, Trampın sözlərinə görə, təlimlər Vaşinqtona çox baha başa gəlir və Şimali Koreyaya "tamamilə yersiz və düşmənçilik xarakterli siqnal" göndərir.
Tramp qeyd edib ki, onun prezidentliyi dövründə Şimali Koreya ABŞ-a qarşı düşmənçilik nümayiş etdirməyib. Buna görə də Pxenyanla "çox yaxşı" münasibətləri qorumaq üçün hərbi manevrlərin miqyasının azaldılmasına qərar verilib.
Hazırkı təlimləri tamamilə ləğv etmək artıq gec olduğundan, onların müddəti və miqyası ixtisar ediləcək.
Təlimlərin bu gün başlaması və 11 gün davam etməsi planlaşdırılırdı. Hərbçilər Şimali Koreyadan yarana biləcək təhlükələrə, o cümlədən dron hücumlarına, GPS siqnallarının bloklanmasına və kiberhücumlara qarşı Cənubi Koreyanın müdafiəsini məşq edirlər.
Natiq Səlim,
KONKRET.az


Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir