Tramp partiyadaşları ilə üz-üzə qaldı – Respublikaçılardan etiraz dalğası
ABŞ-da prezident Donald Trampın adı növbəti qalmaqalda hallanır. Vaşinqtonda cinsi istismar qalmaqalına görə siyasi gərginlik artır. Trampın respublikaçılar içərisindəki ən sadiq tərəfdarları – MAGA hərəkatının nüfuzlu üzvləri belə, bu dəfə ona qarşı çıxıblar. Bəzi konqresmenlər Trampı seksual manyak milyarder Cefri Epşteynin qaranlıq keçmişini gizlətməkdə ittiham edir.
KONKRET.az xəbər verir ki, ABŞ Konqresindəki Respublikaçılar Partiyasının bir sıra üzvləri, o cümlədən Nümayəndələr Palatasının spikeri Mayk Conson Trampın və Baş prokuror Pəm Bondinin Epşteynin "müştəri siyahılarını" ictimaiyyətdən gizlətməsinə qarşı çıxıb. Conson mühafizəkar podkastçıya müsahibəsində bildirib ki, bu məsələ son dərəcə həssas olsa da, "şəffaflıq naminə siyahılar dərhal ictimailəşdirilməlidir".
Qeyd edək ki, daha əvvəl Pəm Bondi bu sənədlərin "öz masasının üstündə olduğunu" desə də, sonradan onların "mövcud olmadığını" açıqlayıb. Bu isə MAGA hərəkatının sərt xətt tərəfdarları arasında qəzəb doğurub.
Tramp isə Epşteynin müştəri siyahısında öz adının ola biləcəyindən ehtiyat edərək məsələni ört-basdır etməyə çalışmaqda ittiham olunur. Onun Epşteynlə birlikdə çəkilmiş arxiv fotoşəkilləri və keçmişdəki əlaqələri artıq ictimaiyyətin gündəmindədir.
Bu məsələyə Demokrat Partiyası da reaksiya verib. Palatanın azlıq lideri Hakeem Jeffries Trampı və Bondini "həqiqəti gizlətməkdə" günahlandırıb və bildirib ki, əgər gizli heç nə yoxdursa, siyahılar dərhal açıqlanmalıdır. Senat isə Epşteyn işi ilə bağlı bütün sübutların saxlanılması və ictimaiyyətə təqdim olunması tələbi ilə qanun layihəsinə dəyişiklik təklif edib.
Müşahidəçilər hesab edir ki, bu qalmaqal Trampın siyasi gələcəyinə ciddi zərbə vura bilər. Onun MAGA daxilində dəstəyini itirməsi, 2026-cı il aralıq seçkilərində respublikaçıların Konqresdə çoxluğu qoruyub saxlamaq imkanlarını azalda bilər.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı