Tramp və Zelenskinin davası ilə bağlı İKİ SSENARİ: Putinə qarşı öncədən hazırlanan "ucuz şou", yoxsa reallıq?

Tramp və Zelenskinin davası ilə bağlı İKİ SSENARİ: Putinə qarşı öncədən hazırlanan "Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü ilk növbədə Trampın Zelenskini hörmətlə qarşılaması ilə diqqət çəkdi. Bir neçə gün öncə Ağ Evin qonağı olmuş Emanuel Makron heç belə nəzakətli qarşılanmağa layiq görülməmişdi. Amma daha sonra baş verənlər olduqca şübhəli görünür.
Ən maraqlı məqam budur ki, jurnalistlərin suallarını cavablandırarkən yaranan "qalmaqal" nə idi? Sosial şəbəkələrdə Trampı söyənlər, Zelenskini "qəhrəman" elan edənlər və ya əksinə Trampı tərifləyib Zelenskini qınayanlar nəticə çıxarmağa tələsməsinlər. Hadisənin detallarına dərindən diqqət yetirdikdə bu qalmaqalın reallığına şübhələr yaranır. Bu şübhələri saf-çürük etmədən Ağ Evdə doğrudan nəyin baş verdiyini anlamaq çətin olacaq. Eyni zamanda bu şübhələrin həqiqət olub-olmadığını da tezliklə ayırd etmək mümkün olmayacaq. Yalnız hadisələrin sonrakı inkişafı bu məsələlərə aydınlıq gətirə biləcək".
KONKRET.az xəbər verir ki, bu fikirləri millət vəkili Cavanşir Feyziyev səsləndirib.
Tramp və Zelenskinin davası ilə bağlı İKİ SSENARİ: Putinə qarşı öncədən hazırlanan Cavanşir Feyziyev
Beləliklə, Ağ Evdə baş verən qalmaqal nə idi?
"Bir ehtimal o ola bilər ki, bu, Zelenskini təlimatlandırmaqla Ağ Evin ssenarisi ilə öncədən səhnələşdirilmiş şou idi. ABŞ administrasiyası Rusiyanı danışıqlara şirnikləndirmək və gözlənilən danışıqlar ərəfəsində onun Trampa etimadını artırmaq və onun qoyacağı şərtlərin Putin tərəfindən qəbul olunmasını asanlaşdırmaq məqsədi ilə belə bir "qalmaqal" şousu oynanıla bilərdi. Zelenskinin ABŞ-dan təkidlə təhlükəzlik zəmanəti "tələb etməsini" Ağ Ev Rusiyaya təzyiq elementi kimi stifadə edə bilər. Digər tərəfdən, bu səhnələşdirilmiş mübahisə Avropanı daha çox səfərbər etməyə və Ukraynaya daha çox yardım göstərməyə hesablana bilər. Üçüncü bir tərəfdən, bu qalmaqalı Amerika seçiciləri qarşısında Trampı "qəhrəmanlaşdırmaq", Obama və Baydenin simasında demokratların apardığı siyasətin nə qədər ağılsız, səmərəsiz və hətta həm ABŞ və həm də digər ölkələr üçün nə dərəcədə zərərli və dağıdıcı olduğunu bir daha təsdiq etmək cəhdi kimi də qiymətləndirmək mümkündür. Əgər ssenari budursa, deməli Tramp administrasiyası eyni zamanda Avropaya, Rusiyaya və Amerikadakı siyasi rəqiblərinə, yəni demokratlara qarşı oyun nümayiş etdirirdi. Bu halda əsl danışıqlar, həqiqi substantiv danışıqlar görüşün qapalı mərhələsində tamamilə başqa tonda və məcrada aparılacaqdı. Belə düşünməyə əsas verən amillərdən biri də həm Trampın, həm də Zelenskinin bioqrafiyasında "şoumenlik" stajının olmasıdır. Əgər bu qalmaqal tərəflər arasında öncədən razılaşdırılmış ssenari üzrə süni şəkildə yaradılıbsa, hesab etmək olar ki, hər iki tərəf öz rolunu məharətlə oynadı və bu oyun ilk növbədə Putinə qarşı qurulub. Putinin bu səhnəni necə oxuması isə bir başqa məsələdir".
Millət vəkilinin sözlərinə görə, ikinci ehtimal isə odur ki, əgər bu qalmaqal öncədən ssenariləşdirilməyibsə və mövcud vəziyyət real olaraq spontan şəkildə yaranıbsa, o zaman Ukraynanın başı bəladadır:
"Ukrayna dərhal Zelenskini hakimiyyətdən qovmalı və dövləti bu ağır vəziyyətdən ən az itkilərlə çıxarmağa qadir olan və Ağ Evlə danışıqlar aparmaq üçün müvafiq siyasi davranış qaydalarını yaxşı mənimsəmiş bir adam tapmalıdır. Doğrusu, Zelenskinin həqiqətən özünü bu cür aparması heç inandırıcı görünmür. O yeri gəldi-gəlmədi Trampın və digərlərinin cavablarına müdaxilə edir və doğrusu, özünü çox xam və siyasətdən uzaq bir diletant kimi göstərirdi. 3 il davam edən müharibənin gedişində saysız-hesabsız görüşlər keçirmiş bir dövlət başçısının bu cür davranması isə ağlabatan gprünmür. Ona görə "şou" ehtimalı daha inandırıcı gəlir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 01 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər azərbaycanda son xeberler azerbaycan cəbhədən son xəbərlər cebheden xeber