TRIPP layihəsi ilə bağlı mühüm tarix: Dəmir yolu xəttinin çəkilişinə nə vaxt başlanacaq?

TRIPP layihəsi ilə bağlı mühüm tarix: Dəmir yolu xəttinin çəkilişinə nə vaxt başlanacaq?Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası regionda iqtisadi əməkdaşlığın genişlənməsi və yeni tranzit imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır. TRIPP layihəsi çərçivəsində iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması da bu istiqamətdə atılacaq addımlardan biri hesab olunur. Bəs layihənin icrasına nə vaxt başlanacaq və dəmir yolu bağlantısının hansı tarixədək istifadəyə verilməsi gözlənilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, TRIPP layihəsi çərçivəsində Azərbaycan və Ermənistan arasında dəmir yolu xəttinin yaradılması nəzərdə tutulur. Onun fikrincə, 2027-ci ildə layihə üzrə işlərə başlanılması gözlənilir.
TRIPP layihəsi ilə bağlı mühüm tarix: Dəmir yolu xəttinin çəkilişinə nə vaxt başlanacaq?Politoloq bildirib ki, sözügedən layihə təkcə Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin qurulmasına deyil, həm də iqtisadi əməkdaşlığın genişlənməsinə və Şərqlə Qərb arasında dəmir yolu bağlantısının inkişafına şərait yaradacaq:
"TRIPP layihəsi Cənubi Qafqazda siyasi və iqtisadi transformasiyaya səbəb ola bilər. Azərbaycan Ermənistanın bu layihəni daha tez həyata keçirməsində maraqlıdır və bunun üçün səylər göstərir. ABŞ-ın özəl şirkəti də bu istiqamətdə müvafiq işlər aparır".
M.Əsədullazadə qeyd edib ki, Ankara, Bakı və İrəvan arasında bu istiqamətdə müəyyən addımlar atılır. Onun sözlərinə görə, layihənin reallaşdırılması prosesində əsas məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
Politoloq hesab edir ki, 2027-ci ildə işlərə başlanılması gözlənilsə də, dəmir yolu əlaqəsinin tam olaraq hansı tarixdə istifadəyə veriləcəyi layihənin icra prosesindən və tərəflərin atacağı praktiki addımlardan asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 06 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyab

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib. xəbər verir ki, Azərbaycanın müstəqilliy

Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb və söhbət zamanı TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu barədə -a Xarici İşlə

Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib

Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündə

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler