Tural Abbaslı bu seçki dairəsindən deputatlığa namizəd olacaq - Özü açıqladı

Tural Abbaslı bu seçki dairəsindən deputatlığa namizəd olacaq - Özü açıqladı"Mən 21 saylı Nəsimi-Binəqədi seçki məntəqəsindən namizədliyimi irəli sürəcəm. Çünki bu günə qədər üç dəfə o dairədən namizəd olmuşam. Hələlik, bu istiqamətdə işləyirik. Yəqin ki, vəsiqələrimizi aldıqdan sonra bizim səlahiyyətli nümayəndələrimiz sənədlərini 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinə də təqdim edəcəklər".
Bu sözləri azxeber.com-a açıqlamasında "Ağ Partiya" sədri Tural Abbaslı deyib.
Partiya sədri əlavə edib ki, "Ağ Partiya"dan 70-ə yaxın səlahiyyətli nümayəndə MSK-dan qeydiyyatdan keçib. O, partiyanın neçə dairədən namizəd irəli sürəcəyi ilə bağlı isə hələlik yekun qərar vermədiklərini bildirib:
"Digər partiyaların, əsasən də Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin hansı seçki məntəqələrindən namizədliklərini irəli sürmələri ilə bağlı dəyişikliklər olur. Ona görə də MSK-ya konkret həmin partiyalar kimi namizədləri adlar üzrə yazıb siyahını vermirik. Ümumən, bizim artıq 70-ə yaxın səlahiyyətli nümayəndəmiz MSK-dan qeydiyyatdan keçib. Onlar dairələrə namizədlərin sənədlərini təqdim edir. İndi biz vəsiqələri aldıqdan sonra həmin şəxsləri yavaş-yavaş həmin dairələr üzrə seçkiyə cəlb edəcəyik. Elə namizədlər var ki, iki, bəziləri üç dairədə təmsil olunurlar. Onlar bəzi kriteriyaları gözləyirlər. Bəziləri rəqibləri nəzərə alır, bəziləri səsləri toplayır. Ona görə də konkret müəyyənləşdirmə yoxdur. Seçki dairələrinin çoxundan namizəd vermək niyyətindəyik. Bizdə bəlli namizədlik siyahısı da var".
Qeyd edək ki. Tural Abbaslının namizədliyini irəli sürəcəyi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən hazırda deputat YAP-ın namizədi Məlahət İbrahimqızıdır. 
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 03 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal cəbhədən görüntülər siyaseti xeberler bugun butun xeberler