Tural Sadıqov: "Gün gələcək, dünyamızı COVID-19 adlanan böyük bəladan qurtaracağıq

Tural Sadıqov: "Gün gələcək, dünyamızı COVID-19 adlanan böyük bəladan qurtaracağıqTural Sadıqov: "Gün gələcək, dünyamızı COVID-19 adlanan böyük bəladan qurtaracağıq"
Bu gün koronavirusa yoluxmuş ən ağır xəstələr Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olurlar. Bu şöbənin əməkdaşları bir komanda halında birləşərək, virusla mübarizəyə qoşulub əsl fədakarlıq nümayiş etdirir, böyük risk altında gərgin rejimdə işləyirlər.
Oxu.Az xəbər verir ki, xəstəxananın reanimatoloqlardan biri - Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqovdur.
Tural Sadıqov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 2007-2008-ci illərdə akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim-intern kimi çalışıb. Əmək fəaliyyətinə 2009-cu ildən dövlət və özəl tibb müəssisələrində həkim-anestezioloq kimi başlayıb.
2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Reanimasiya və İntensiv Terapiya şöbəsinin rəisi, anesteioloq-reanimatoloq kimi çalışır. Şöbə rəisi həmişə öz komandasına dəstək olub və işlərinə görə məsuliyyət daşıyıb. Özünə qarşı çox tələbkar olan Tural həkim öz üzərində daim işləyir, biliklərini təkmilləşdirir, müxtəlif elmi konqreslərin işində yaxından iştirak edir. 
2019-cu ildə Türkiyənin ən nüfuzlu tibb ocaqlarından biri - Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçib. O, bütün fəaliyyəti dövründə ağır xəstələri müalicə edib, mürəkkəb cərrahi əməliyyatlarda anestezioloq kimi çalışıb.
Mərkəzi Gömrük Hospitalı ilk koronaviruslu xəstələri qəbul edən andan Tural Sadıqov ön cəbhədədir - ən ağır xəstələr məhz Hospitalın bu şöbəsinə daxil olur. Yəqin ki, işin ağırlığından, gərginliyindən danışmağa ehtiyac yoxdur. Tural həkim ailəsindən uzaqdadır, əzizləri onun yolunu gözləyir. Ən çox isə övladları: beş qızı və bir oğlu üçün darıxır. Amma o, nə doğmalarından uzaq düşməsindən, nə narahat geyimindən, nə işin fasiləsizıiyindən şikayət etmir. 
Tural Sadıqov deyir ki, bunlar hamısı müvəqqəti çətinliklərdir: "Ailəmi görmürəm, ancaq gecələr telefonla danışırıq. İndi bir arzum, bir niyyətim var: hər gün mənə böyük ümidlə dikilən, imdad diləyən gözlərə həyat eşqini qaytarmaq...".
O, hər dəfə koronaviruslu xəstəyə yardım edib ölümün caynağından alanda uşaq kimi sevinir. İnanır ki, gün gələcək, dünyamızı COVID-19 adlanan böyük bəladan qurtaracağıq.
Həkim bildirir: "Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Biz dövlət başçısı ilə birlikdə çox çətinliklərdən, sınaqlardan çıxmışıq. Əminəm ki, koronavirusa da qalib gələcəyik. Əlbəttə, yenə də birlikdə. Çünki biz birlikdə güclüyük!"
Tural Sadıqov: "Gün gələcək, dünyamızı COVID-19 adlanan böyük bəladan qurtaracağıq

Sosial       Tarix: 29 iyun 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən yeni xəbərlər valyuta azerbaycan son xeber bugun