TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib
Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması istiqamətində növbəti strateji uğura imza atıb.
azxeber.com xəbər verir ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə kredit sazişi imzalayıb. Sazişə əsasən Fond tərəfindən TuranBank-a yerli valyutada 5 milyon ABŞ dolları ekvivalentində maliyyə vəsaiti ayrılıb. 3 il müddətinə cəlb olunan bu vəsait ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmağa xidmət edəcək.
EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2008-ci ildə təsis edilmişdir. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.
Məlumat üçün bildiririk ki, 33 illik fəaliyyəti dövründə 22 satış nöqtəsi ilə geniş xidmət şəbəkəsinə malik olan TuranBank, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm dəstək verir. Bankla bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA
Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama
"Qarabağ" "Sabah"ı təbrik etdi
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
"Sabah" "Slaviya"ya qarşı... - Canlı
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Japarov Azərbaycana gəlir
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı
İrandan sonra Türkiyə də bu sıraya qoşuldu
Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm
33 il sonra Afrikada da keçiriləcək
Heyli Biber hamilədir? - Foto
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur