"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib

"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib
Türkiyənin "Türk Hava Yolları" şirkəti İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa edib.
"Türk Hava Yolları" şirkətinə məxsus təyyarə bu gün səhər saatlarında Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb. Qarşılanma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın Gəncədəki nümayəndəsi Cabir Peçe iştirak ediblər. 
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev İstanbul-Gəncə-Naxçıvan reysinin 14 aylıq vasilədən sonra bərpa olunması münasibətilə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın nümayəndələrinə şəhər rəhbəri Niyazi Bayramovun təbriklərini çatdırıb. O bildirib ki, Gəncənin yerləşdiyi coğrafi mövqe olduqca əlverişlidir. Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi, 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması və ümumilikdə Qərb bölgəsinin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn turistlərin sayına müsbət təsir edəcək. Sözügedən reys sadəcə Gəncəyə yox, ətraf ərazilərə səfər edəcək olan turistlərin də işini asanlaşdıracaq. 
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Türkiyə-Azərbaycan əlaqələri daim genişlənir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizasız şəkildə səyahət edə bilərlər. İstanbul-Gəncə-Naxçıvan reysi Azərbaycan vətəndaşlarının Türkiyəyə, Türkiyədən də dünyaya çıxışını təmin edəcək. 
Qeyd edək ki, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Uçuşlar pandemiya qaydalarına riayət olunmaqla təşkil olunacaq. /oxu.az

Sosial       Tarix: 15 may 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu bugunun xeberleri bugünki xəbərlər butun xeberler