"Türk Ticarət Evinin yaradılması üzv ölkələrin ixrac potensialının artırılmasına xidmət edəcək" - Mikayıl Cabbarov
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşü keçirilib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, M.Cabbarov Azərbaycanın TDƏŞ üzvü olan dövlətlərlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, ölkəmizin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib, TDƏŞ Baş katibi B.Amreyevə bu ilin iyul ayının 14-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə əlaqədar verdiyi bəyanata görə təşəkkürünü bildirib.
İqtisadiyyat naziri TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, Türk Ticarət Evinin yaradılmasının üzv ölkələrin ixrac potensialının artırılması istiqamətində müsbət təşəbbüs olduğunu vurğulayıb.
Baş katib B.Amreyev üzv ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsi, əlaqələrin inkişafı baxımından TDƏŞ-in önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın təşkilatda fəal iştirakını vurğulayıb.
Görüşdə TDƏŞ çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, "Turkic Vision - 2040" strateji konsepsiyasının hazırlanması, Birgə İnvestisiya Fondunun yaradılması, Ticarətin Asanlaşdırılması üzrə Strategiya Sənədi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar