Türkiyə 28 ildir bağladığı yolu aça bilər
Azərbaycan və Ermənistan arasında Soçidə baş tutan görüş, 3+3 platformasının fəaliyyətə başlaması, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin qarşılıqlı təyinatı Cənubi Qafqazda yeni mərhələnin başlamasına şərait yaradıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Türkiyə qəzeti"ndə analitik məqalə dərc edilib.
"Bölgədə ticarət və iqtisadiyyatı canlandıracaq və region ölkələrinə fayda verəcək bir sıra addımlar atılacaq. Ankara və Bakının prioriteti türk dünyası ilə Türkiyə arasında quru əlaqəsi yaradacaq və iqtisadi inkişafa əhəmiyyətli töhfə verəcək Zəngəzur dəhlizinin aktivləşdirilməsidir.
Dəhlizin açılması ilə türk dünyası uzun illərdən sonra yenidən bu xətt üzərindən bir araya gələcək. Bundan əlavə, Naxçıvanın qurudan Azərbaycanla əlaqəsi asanlaşacaq.
Naxçıvanlı iş adamlarının Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən dəhliz Azərbaycan, Türkiyə və Naxçıvanın geosiyasi və geoiqtisadi əhəmiyyətini də artıracaq.
Bundan başqa, Ermənistanla normallaşmadan sonra gözlənti 1993-cü ildə bağlanan Gümrü-Qars dəmir yolu xəttinin yenidən açılması olacaq", – nəşr yazır.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı