Türkiyə ABŞ-dən tələb etdiyi F-16 döyüş təyyarələrini aldı – Bu, bölgədəki güc nisbətinə necə təsir edəcək?

Türkiyə ABŞ-dən tələb etdiyi F-16 döyüş təyyarələrini aldı – Bu, bölgədəki güc nisbətinə necə təsir edəcək?Ankaranın İsveçin NATO üzvlüyünü ratifikasiya etməsindən sonra ABŞ hökuməti Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dair 23 milyard dollarlıq müqaviləni təsdiqləyib.
KONKRET.az "Daily News"ə istinadən xəbər verir ki, Dövlət Departamenti Konqreslə razılaşaraq  həmçinin Yunanıstana 8,6 milyard dollara 40 ədəd F-35 döyüş təyyarəsinin ayrıca satışı barədə qərar verib. Türkiyə isə 40 yeni F-16 qırıcısı alacaq və 79 təyyarəni təkmilləşdirəcək. ABŞ-nin Türkiyəyə F-16-lar satması siyasi alverin nəticəsində baş tutub. Xarici ekspertlər hesab edirlər ki, Vaşinqton İsveçin NATO-ya üzvülük məsələsini tam həll edəndən sonra təyyarələri Ankaraya təhvil verməyə razı olub. Deməli, 40 ədəd F-16 Türkiyənin regional çəkisini bir qədər də artıracaq. Xarici ekspertlər də bu fikirdədir.
Carleton Universitetinin Müasir Türkiyə Araşdırmaları Mərkəzinin baş analitiki Evgeni Qaber deyir ki, İsveçin Alyansa qoşula biləcəyinə dair razılaşma bir çox məsələnin həllini sürətləndirdi:  "Birincisi, Türkiyə təkbaşına, milli hərbi-sənaye kompleksinin hesabına öz təhlükəsizliyini tam təmin edə bilməz. İndi bununla bağlı bir çox suallar həll olunur. Yəni həqiqətən də mövcud olan və Türkiyə tərəfindən təhdid kimi qəbul edilən o təhlükələr artıq o qədər də kəskin xarakter daşımır. Türkiyənin bir vaxtlar F-16-ları ala bilməməsi problemi aradan qaldırıldı. Artıq Türkiyə ordusunun Yunanıstan və Suriyadan gözlənilən təhlükələrə qarşı ciddi silahları var. Bundan əvvəl  Türkiyə-Amerika münasibətlərində böhran daha kəskin xarakter almışdı. Çünki ABŞ Türkiyədə Ankaranın strateji tərəfdaşı ola bilməyəcəyi bir ölkə kimi qəbul edilirdi.
ABŞ Türkiyənin müdafiə qabiliyyətini gücləndirmək üçün heç bir iş görmür və əksinə, Türkiyəyə qarşı fəaliyyət göstərən qüvvələri dəstəkləyirdi. Yeni qırıcıların tədarükü və mövcud hava donanmasının modernləşdirilməsi ilə bağlı razılaşma bütün narazılıqları aradan qaldırmağa imkan verir. Eyni zamanda, ABŞ-nin Yunanıstana F-35-ləri tədarük etməsi müəyyən mənada regional balansı qoruyur.  Yunanıstanla münasibətlərdə dinamika da qorunur. Ona görə də bu cür paket sazişlər optimaldır. Onlar silahlanma yarışına gətirib çıxarmayacaq. Digər tərəfdən, onlar həqiqətən Türkiyə ilə NATO-nun digər tərəfdaş ölkələri arasında normal münasibətləri bərpa etməyə imkan verir".
Ekspertin fikrincə, ikinci məqam Türkiyənin milli təhlükəsizliyi ilə yanaşı, Alyans çərçivəsində əməkdaşlıqdır: "Burada söhbət təkcə Türkiyənin F-16-dan necə istifadə edəcəyindən deyil, həm də NATO Hərbi Hava Qüvvələrindən, alyansın raketdən müdafiə, hava hücumundan müdafiəsindən gedir. Təbii ki, bir tərəfdən Rusiyanın Ukraynaya təcavüzü, digər tərəfdən isə regionda Rusiyanın yaratdığı və ya dəstəklədiyi çoxsaylı böhranlar var.
Qaber bildirib ki, üçüncü siyasi-diplomatik məqamdır: "Çünki Türkiyə Qərb tərəfdaşlarından "Patriot"u ala bilməyəndə Rusiyadan S-400 almaq məcburiyyətində qaldı. Bu isə ölkənin müdafiə kompleksinə, o cümlədən, bu sahədə yüksək vəzifəli şəxslərə qarşı sanksiyalara səbəb oldu. Kanada Türkiyəyə müəyyən növ hərbi-texniki vasitələr satmağa qadağa qoydu.  İsveç, ABŞ, Almaniya da müəyyən həssas texnologiyaların tədarükünə sanksiyalar tətbiq edib. Bütün bunlar isə Türkiyə-ABŞ münasibətlərini gərginləşdirən amillərdir. Öz növbəsində Rusiya da Türkiyəni onun milli maraqlarına zidd olan Avrasiya İttifaqına sürükləmək üçün bu vəziyyətdən maksimum istifadə etməyə çalışırdı. İndi F-16 ilə bağlı qərar və Türkiyəyə qarşı bir çox sanksiyaların ləğvi Ankaraya Qərb ölkələri, NATO ilə normal münasibətləri bərpa etməyə imkan verir".
Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov isə bildirib ki, 40 yeni F-16 qırıcısının tədarükü və daha 79 köhnə qırıcının modernləşdirilməsi regionda hərbi-siyasi vəziyyətə təsir edəcək: "İki ölkə – Türkiyə və İran formal olaraq düşmən deyillər. Ankara ilə Tehran arasında bütün səviyyələrdə kifayət qədər gərgin siyasi dialoq gedir. Ancaq son vaxtlar iki ölkə maraqlarının nəinki üst-üstə düşmədiyi, əksinə, toqquşduğuna dair kifayət qədər nümunələr var. İran qoşunlarının Azərbaycanın sərhədləri yaxınlığında gözlənilməz təlimləri hər kəsin yadındadır. Daha sonra molla rejimi Azərbaycan sərhədlərində təlimlərdən hədə-qorxu aləti kimi istifadə etdi. Gücdən istifadə Tehranın xarici siyasətinin ayrılmaz elementinə çevrilir. Pakistanın bu yaxınlarda səbəbsiz atəşə tutulmasını xatırlayın".
Onun sözlərinə görə, İranın hərbi qüdrətinin güclənməsi birbaşa Rusiya ilə müttəfiqliklə bağlıdır: "Yaxın Şərq və Cənubi Qafqaz regionunda güc amili mühüm rol oynamaqda davam edir. Bu baxımdan Türkiyə Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi bəlkə də əsas rol oynayır. Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin arsenalında 200-ə yaxın F-16 qırıcı dayanıb. Yeni müqaviləylə Türkiyə ən son modifikasiyalı 120 təyyarə əldə edəcək. Onlardan 79 ədədi yenidən modernləşdiriləcək. Bütün bunlar isə Türkiyə Ordusunun imkanlarını xeyli gücləndirəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 30 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər metbuat ensonxeberler cəbhədən xəbər