Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu

Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli olduAzərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Haber Global"a verdiyi açıqlama son illərdə Türkiyə cəmiyyətinin müəyyən kəsimlərində aparılan anti-Azərbaycan təbliğatına tutarlı cavab idi.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, məlum olduğu kimi, son illər bəzi Türkiyə media subyektlərində ardıcıl şəkildə "Azərbaycan İsrailə neft və qaz satır", "İsrail Azərbaycan nefti ilə fələstinli uşaqları öldürür", "Azərbaycana boykot" kimi çağırışlar səsləndirilir, hətta Azərbaycan dövlətinin başçısına qarşı neqativ çıxışlar edilir.
Təlimat alan dairələr
Aydındır ki, bunu edən dairələr "Bir millət, iki dövlət" prinsipinə xələl gətirməyə çalışan, Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmaq istəyən və müəyyən mərkəzlərdən təlimat alan, Türkiyənin daxilində yerləşdirilmiş destruktiv qüvvələrdir. Lakin onların anlamadığı bir həqiqət var: Türkiyə–Azərbaycan münasibətləri düşündükləri qədər kövrək deyil. Eyni zamanda, Azərbaycan da kiminsə təsiri altında hərəkət edən "çadır dövləti" deyil.
Bəzi dairələr, eləcə də həmin çevrələrə xidmət edən ünsürlər unudurlar ki, Azərbaycanın kifayət qədər güclü diplomatiyası və peşəkar diplomatik korpusu var. Hikmət Hacıyev də məhz peşəkarlığı ilə seçilən dövlət rəsmilərindəndir.
Bakı üçün "qırmızı xətt"
Prezidentin köməkçisi müsahibəsində qeyd edib ki, İsraildə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat edib. Çünki qardaş Türkiyənin maraqları hər zaman Azərbaycan üçün prioritet və "qırmızı xətt" olub.
Bu məqam xüsusi diqqət tələb edir. Məsələ ondadır ki, bu gün Türkiyə–Azərbaycan və İsrail–Azərbaycan münasibətləri Türkiyə ictimaiyyətinin müəyyən hissəsinə məqsədyönlü şəkildə yanlış təqdim olunur.
İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Yəni iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mövcuddur. Türkiyə isə Azərbaycanın müttəfiqi, qardaş dövlətidir. İki ölkə arasında münasibətlər təkcə milli maraqlara deyil, həm də ortaq tarixə, mənəvi dəyərlərə, dilə, mədəniyyətə və qardaşlığa söykənir.
Türkiyə-İsrail müharibəsi başlasa…
Azərbaycanın bundan sonra İsrail kimi çoxsaylı strateji tərəfdaşları ola bilər. Necə ki, Rusiya, Çin və ABŞ ilə də strateji tərəfdaşlıq sənədləri imzalanıb. Lakin Bakı bu günə qədər Türkiyə istisna olmaqla heç bir ölkəyə "Bir millət, iki dövlət" fəlsəfəsi ilə yanaşmayıb. Hətta demək olar ki, bu yanaşma digər türk dövlətlərinə münasibətdə də bu qədər qabarıq şəkildə tətbiq edilmir.
Türkiyə mediasında tez-tez tirajlanan iddialardan biri də budur ki, guya Türkiyə ilə İsrail arasında hərbi qarşıdurma baş verərsə, Azərbaycan İsraili seçəcək. Halbuki bunun belə olacağını düşünmək üçün heç bir əsas yoxdur. Xatırlayaq ki, İsraildə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat edib və cənab Prezidentin tapşırığı ilə rəsmi Bakı intensiv diplomatik fəaliyyətə başlayıb. İsrail tərəfi də Azərbaycanın mesajlarını ciddi qəbul etdi. Bu isə onu göstərir ki, Bakının Təl-Əvivlə qurduğu münasibətlər o qədər əhəmiyyətlidir ki, İsrail Azərbaycanın mövqeyinə laqeyd yanaşmadı.
Hikmət Hacıyev müsahibəsində daha bir mühüm mesajı verdi:
"Türkiyənin olmadığı masada Azərbaycan var, Azərbaycanın olmadığı masada isə Türkiyə var. Ölkələrimizin maraqlarına qarşı atılan hər bir addıma qətiyyətlə cavab veririk və bundan sonra da verəcəyik".
Bu sözlər təsadüfi deyil. Azərbaycan bu gün Türkiyənin istəyi ilə Suriyada bərpa və quruculuq prosesində, o cümlədən enerji layihələrində iştirak edir. Bakı Ankaranın maraqları naminə müxtəlif beynəlxalq platformalarda dəfələrlə Türkiyəyə açıq dəstək verib. Əlbəttə, bu, müttəfiqliyin yaratdığı öhdəlik və mənəvi borcdur.
Lakin Ankara da belə məsələlərdə daha diqqətli olmalı, Azərbaycanı hədəfə alan və iki ölkə arasındakı qardaşlığa zərbə vurmağa çalışan qüvvələrə qarşı daha sərt və prinsipial mövqe nümayiş etdirməlidir.
Fələstin, Qəzza və Qüds məsələləri, şübhəsiz ki, Ankara qədər Bakını da yaxından düşündürür. Amma heç bir regional və ya beynəlxalq siyasi proses Azərbaycan üçün Türkiyədən daha mühüm deyil. Bakının gözləntisi də məhz budur.
Hesab edirəm ki, Hikmət Hacıyevin müsahibədə vermək istədiyi əsas mesajlardan biri də məhz bu idi.

Siyasi       Tarix: 06 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Qara dənizdəki gəmilərə qarşı zərbələri davam etdirəcəyini bəyan edib. xəbər verir ki, Kreml rəsmisi çox sayda kommersiya gəmisinin Ukrayna Silahlı Qüvvələrini

"Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq

"Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam". xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmo

140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi

7-11 sentyabrda Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bak

Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"

ABŞ konqresmeni Abraham Hamadeh Ermənistan və Azərbaycan arasında sülh prosesinin çoxlarının gözlədiyindən daha sürətlə irəlilədiyini bildirib və Donald Trampın hazırkı prezidentlik müddətinin bitməsindən çox əvvəl yeku

Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi

Xəbər verdiyimiz kimi, diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərində

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbayca

Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Nyu-Dehlidə keçiriləcək BRİKS sammiti ərəfəsində Hindistan KİV-lərinə verdiyi açıqlamada Moskvanın Ukrayna müharibəsi ilə bağlı mövqeyini bir daha dilə gətirib. KONKRET.azxəbə

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi

Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. /

Ceyhun Bayramov Mirzoyanla görüşəcək

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib. Nazir bildirib ki, xarici işlər naziri Ararat Mirzoyanla ən son Bişkekdə bi


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar metbuat sonxeber.az son xeberler az