Türkiyə Məkkədə yeni hərbi gücü rəsmən qurdu – İttifaqın başına məşhur general gətirildi

Türkiyə Məkkədə yeni hərbi gücü rəsmən qurdu – İttifaqın başına məşhur general gətirildiTürkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı Məkkə Müdafiə İttifaqında mühüm təyinat rəsmiləşib.
KONKRET.az xəbər verir ki, oktyabrın 5-də Ər-Riyadda keçirilən Məkkə Müdafiə İttifaqının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə toplantısında Pakistanın ehtiyatda olan general-leytenantı Nauman Mahmud üç il müddətinə ittifaqın baş katibi təyin edilib.
Toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu təmsil edib.
Məkkə Müdafiə İttifaqının əsası avqustun 7-də Məkkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tərəfindən imzalanmış Məkkə Birgə Müdafiə Sazişi ilə qoyulub. Avqustun 31-də İstanbulda keçirilən ilk komitə toplantısında qurumun rəsmi adının "Məkkə Müdafiə İttifaqı" olması razılaşdırılıb, katibliyin Ər-Riyadda yerləşməsi və ilk baş katibin Pakistandan seçilməsi barədə ümumi razılıq əldə olunub.
Oktyabrın 5-də Ər-Riyadda keçirilən toplantı ilə bu proses daha bir mərhələyə keçib və Nauman Mahmudun baş katib təyin edilməsi rəsmiləşdirilib. Tərəflər eyni zamanda kollektiv müdafiə öhdəliklərinin praktiki icrasına keçilməsi, razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi üçün tədbirlər görülməsi barədə qərar qəbul ediblər.
Nauman Mahmud kimdir?
Nauman Mahmud Pakistan ordusunun yüksək rütbəli keçmiş komandirlərindəndir. O, uzun illər Pakistan Silahlı Qüvvələrində müxtəlif komanda və qərargah vəzifələrində xidmət edib.
Mahmudun hərbi karyerasında Pakistanın əsas xüsusi xidmət orqanı ISI-nin Təhlil Direktorluğuna rəhbərlik etməsi xüsusi yer tutur. Daha sonra general-leytenant rütbəsinə yüksəlib və Pakistan ordusunun strateji əhəmiyyət daşıyan XI – Peşəvər Korpusunun komandanı olub.
Onun XI Korpusa rəhbərlik etdiyi dövr Əfqanıstanda və Pakistan–Əfqanıstan sərhədində son dərəcə mürəkkəb hərbi-siyasi proseslərin getdiyi mərhələyə təsadüf edib.
Nauman Mahmud sonrakı mərhələdə Pakistanın yüksək səviyyəli hərbi və təhlükəsizlik kadrlarının hazırlanmasında əsas müəssisələrdən biri sayılan Milli Müdafiə Universitetinin prezidenti vəzifəsinə gətirilib.

Siyasi       Tarix: 06 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev İraq prezidentini təbrik etdi

Prezident İlham Əliyev İraq Prezidenti Nizar Amidini milli bayram münasibətilə təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli cənab Prezident,. İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızd

"İranın iştirakına gəldikdə, tutarlı sübut görməmişəm"

ABŞ-nin vitse-prezidenti C.D. Vens "Flydubai" təyyarəsi ilə bağlı insidentdə İranın əli olduğuna dair heç bir sübut görmədiyini açıqlayıb. xəbər verir ki, o bu haqda "Fox News" telekanalında bildirib

İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı

"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentini

Prezident: Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır

Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələri, müqavilələri var və Aİ-yə üzv 10 ölkə ilə belə formatı var. Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayınd

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb - Yenilənib

3 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı aparılıb.  xəbər verir ki, bu barədə Azərbayca

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: "Üzr istəməsəniz, tədbir görəcəyik!"

Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya təhvil verilməsi zamanı məxfiliklə bağlı razılaşmanın mövcud olduğunu açıq şəkildə etiraf etməyə və üzr istəməyə çağırıb. Əks halda

3 oktyabr – Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş: "Ölkənin milli birliyə ehtiyacı var idi"

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müstəqillik tarixində mühüm siyasi hadisələrdən biri hesab olunur. Həmin dövrdə Azərbaycan mürəkkəb hərbi-siyasi vəziyyət

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu


azerbaycan xeberleri yeni xeberler son xeberler qarabag hava proqnozu xabarlar sonxəbərlər