Türkiyədə helikopter yanacaqdoldurma məntəqəsinə enib yanacaq doldurdu - FOTO
Türkiyədə helikopter yanacaqdoldurma məntəqəsinə enib yanacaq doldurdu - FOTO
Türkiyənin Sivas vilayətinin Koyuhisar rayonunda yanacaqdoldurma məntəqəsinin bağçasına helikopter enib.
Hadisəni görənlər gözlərinə inanmayıblar. Helikopter yanacaqdoldurma məntəqəsində tankerdən yanacaq doldurub. Bu anlar stansiyanın təhlükəsizlik kameralarına əks olunub. Qeydə alınan görüntülər sosial şəbəkələrdə gündəm olub.
Məlum olub ki, hər kəsi təəccübləndirən helikopter yüksək gərginlikli xətlərə nəzarət edən özəl enerji şirkəti tərəfindən icarəyə götürülüb. Yanacaqdoldurma məntəqəsinə isə planlı şəkildə enib və xüsusi yanacaq alıb.
Yanacaqdoldurma məntəqəsinin işçilərindən biri ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını bildirib.
"Yüksək gərginlikli xətlərə nəzarət edən helikopter təcili eniş etmək istədi. Yanacaq tədarükü üçün bizim məntəqəyə üstünlük verdi. İcazə istəyərək eniş etdilər. İlk dəfədir ki, belə bir hadisə baş verir. Ətrafdakı satıcılar həyəcanla izlədilər. Şokda idik. Helikopter çox gözləmədi. Yanacaq doldurdu və sonra yoluna davam etdi. Bizim üçün maraqlı bir xatirə oldu", - deyə o, hadisəni danışıb.
Mənbə: Haber Global / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR