Türkiyədən son dərəcə maraqlı ANONS – Azərbaycan və Ermənistan orduları…
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə "Məkkə sazişi" tipli sənədin imzalanmasının mümkünlüyü ilə bağlı açıqlaması ətrafında müzakirələr davam edir.
Sitat:
"Məsələn, Azərbaycanla Ermənistan yekun sülh sazişinə doğru irəliləyir və Ankara prosesi dəstəkləyir. Bu zaman təhlükəsizlik və iqtisadi perspektivlər yaranır. Zamanla Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər".
Qeyd edim ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında "Məkkə sazişi"ni imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hərbi müdaxilə kimi qiymətləndiriləcək.
Azərbaycan və Ermənistan bir hərbi ittifaqda?
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, Fidanın Qafqaz üçün "Məkkə sazişi" tipli müdafiə mexanizminin mümkünlüyündən danışması diqqət çəkir. Əslində Azərbaycan–Ermənistan arasında sülhün əldə olunmasından sonra meydana çıxacaq təhlükəsizlik boşluğunun necə doldurulacağı məsələsi uzun müddətdir ki, gündəmdədir. Fidanın fikrində münaqişə bitdikdən sonra regionda əvvəlki təhlükəsizlik balansı qala bilməz və yeni reallığa uyğun yeni mexanizmlər formalaşmalıdır.
"Məkkə sazişi"nin Qafqaza nümunə göstərilməsi də təsadüfi deyil. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan model qarşılıqlı müdafiə öhdəliyinə əsaslanır. Fidanın öz izahında bu mexanizmin məqsədi konkret düşmənə qarşı birləşməkdən daha çox, iştirakçı ölkələrin bir-birinə qarşı təhlükə yaratmamasını və bir-birinin təhlükəsizliyinə təminat verməsini institusional şəkildə rəsmiləşdirməkdir. Yəni söhbət hərbi ittifaqdan yox, regiondakı dövlətlər arasında yeni təhlükəsizlik etimadı yaratmaq cəhdindən gedə bilər.
İrəvan üçün incə detal
Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişə və müharibə vəziyyətini nəzərə alsaq, H.Fidanın yanaşması məntiqlidir. Keçmişdə bir-birini təhlükə kimi görən dövlətlərin gələcəkdə eyni təhlükəsizlik mexanizminin iştirakçısına çevrilməsi sülhün siyasi nəticəsini daha dərin strateji dəyişikliyə çevirə bilər.
Azərbaycan belə bir müdafiə paktında yer ala bilər. Prinsipcə Bakı NATO yada KTMT kimi hərbi ittifaqlara məsafə ilə yanaşsa da, müdafiə paktlarına məsafəli deyil. Xüsusilə söhbət Cənubi Qafqazda təhlükəsizlik və regionun müdafiəsindən gedirsə, bu təklif dəyərləndirilə bilər. Lakin burada Ermənistanın mövqeyi Azərbaycanla eyni olmaya bilər. İrəvanın indiki siyasəti bir təhlükəsizlik mərkəzindən digərinə keçməkdən daha çox, öz manevr imkanlarını genişləndirmək üzərində qurulur. Buna görə Türkiyənin təklif etdiyi mexanizm Ermənistan üçün yalnız o halda məqbul görünə bilər ki, bu struktur Azərbaycan və Türkiyənin dominant olduğu hərbi blok təsiri yaratmasın. Əks halda Ermənistan sülh sazişindən sonra belə özünü başqa bir təhlükəsizlik asılılığının içində görə bilər.
Regionun xəritəsi dəyişir
Daha real ssenari əvvəlcə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlər, informasiya və kəşfiyyat mübadiləsi, sərhəd təhlükəsizliyi, nəqliyyat xətlərinin qorunması və müdafiə sənayesi üzrə əlaqələrin genişləndirilməsidir. Etimad artdıqca bunun təhlükəsizlik mexanizminə çevrilməsi mümkündür. Yəni Türkiyə faktiki olaraq müdafiə paktından öncə onun siyasi zəminini yaratmalıdır.
Bununla belə, Azərbaycan–Ermənistan sülhü regionun kommunikasiya xəritəsini dəyişə bilər. Zəngəzur istiqamətində bağlantıların, Azərbaycan-Ermənistan sərhədinin açılması imkanlarının və Türkiyə ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin genişlənməsi Cənubi Qafqazı daha böyük iqtisadi məkanın bir hissəsinə çevirə bilər. Belə bir şəraitdə təhlükəsizlik artıq yalnız sərhədlərin qorunması məsələsi olmayacaq. Magistralların, dəmir yollarının, enerji infrastrukturlarının, logistika mərkəzlərinin və ticarət marşrutlarının təhlükəsizliyi də regional təhlükəsizlik gündəliyinə daxil olacaq. Türkiyənin müdafiə mexanizmi ideyası bu iqtisadi perspektivlər nəzərə alındıqda heç də mümkünsüz deyil.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR