Türkiyədən yük daşımaları üçün daha əlverişli şərait yaradılacaq - RƏSMİ

Türkiyədən yük daşımaları üçün daha əlverişli şərait yaradılacaq - RƏSMİTürkiyədən yük daşımaları üçün daha əlverişli şərait yaradılacaq - RƏSMİ
"İşğaldan azad olunmuş ərazilərimizə böyük qayıdış, milli prioritetlərin reallaşdırılması üçün Türkiyə tərəfi ilə əməkdaşlığın bütün formalarında maraqlıyıq".
Bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda baş tutan Türkiyə-Azərbaycan işgüzar görüşü zamanı səsləndirib.
Mikayıl Cabbarov bildirib ki, quruculuq işlərinin həyata keçirilməsində də Türkiyə şirkətlərinə üstünlük verilir:
"Sevindirici haldır ki, Türkiyənin iş adamlarından bərpa prosesində iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olur. Qardaş ölkənin şirkətləri artıq bu ərazilərdə müvafiq infrastrukturun yaradılması prosesinə cəlb edilib".
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq sahələrindən biri də nəqliyyat-tranziit sahəsidir:
"Tranzit olaraq Türkiyədən Orta Asiya və əks istiqamət üzrə hərəkət edən irihəcmli yük avtomobillərinin, tırların sayında əhəmiyyətli artım müşahidə olunur. 2020-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 74,4 faiz artaraq 28 min 500-dən çox olub.
Azərbaycan ərazisindən istifadə etməklə yük avtomobilləri ilə daşımalar həyata keçirən Türkiyədən şəxslərə daha əlverişli şəraitin yaradılması barədə qarşı tərəfin müraciətləri nəzərə alınıb və hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Qısa müddət ərzində məsələnin həllinə nail olmaq niyyətindəyik".
Nazir əlavə edib ki, mart ayının ortalarında Birləşmiş Tranzit Operatoru şirkətinin rəhbərliyi təyin olunmuş formada yaxın həftələrdə öz fəaliyyətinə başlayacaq.
Nigar Məmmədova /oxu.az

Sosial       Tarix: 02 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar xeberlər ən son xeberler iqtisadiyyat xeberleri bugun